“Delta” ştammının yayılma təhlükəsi çoxdur - Komitə sədrindən əhaliyə çağırış

Son günlər koronavirusa yoluxmanın sayında az da olsa artım müşahidə edirik. Digər ölkələrdə yayılan “Delta” ştammı da insanlarda qorxu yaratmağa başlayıb. Hər kəsi maraqlandıran bir sual var: yoluxma getdikcə artarsa, sərt karantin rejiminə keçə bilərikmi?
Sumqayit.tv bildirir ki, bu haqqda Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev bu haqda  Modern.az-a danışıb. O, hələ ki epidemoloji şəraitin yaxşı olduğunu, yoluxmanın 100-ü keçmədiyini bildirib:
“Vaksinasiya demək olar ki, sürətlə davam edir, vaksinləşən insanlarımızın sayı artır. Yoluxub sağalan insanlarda immunitet formalaşır. Lakin bu hadisələr bizi arxayınlaşdırmalı deyil. “Delta” ştammının yayılma təhlükəsi  çoxdur. Çünki artıq qonşu ölkələrdə, xüsusən də Rusiyada geniş şəkildə yayılıb. Turizm əlaqələri gediş-gəlişlər çoxalıb. Bizim xeyli vətəndaşımız Rusiyada yaşayır, işləyir və yay fəslində Azərbaycana geri dönürlər. Eyni zamanda istirahət üçün Rusiyaya gedənlər də var. Bu səbəbdən son dərəcə ehtiyatlı olmaq lazımdır. Xüsusilə sərhəd-keçid məntəqələrində xarici ölkədən gələnlərin yoxlanılması yaxşı təşkil olunmalıdır. Yəqin ki, bu işlər aparılır. Toylar başlayıb, bir çox iaşə obyektləri, idman zalları fəaliyyətə başlayıb. Bu səbəbdən son dərəcə ehtiyatlı olub, sosial məsafəni qorumalıyıq”.
Musa Quliyev bir daha əhaliyə müraciət edib:
“Əhali olaraq maksimum şəkildə vaksinasiya olunmalıyıq. İmmunitetimizi gücləndirmək üçün hər cür şəraitimiz var. Çalışmaq lazımdır ki, payızda yenidən yoluxmalar artmasın. İndiki şərait yaxşıdır. Yaxın vaxtlarda sərt karantinə ehtiyac olmayacaq. Lakin payıza doğru yeni təhlükə ilə üzləşə bilərik”.

5-07-2021, 16:09 258

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106