“Artıq müəyyən mərhələdən sonra bu ölkənin dağılma prosesi başlayacaq...”


 
“Hesab edirəm ki, Rusiya rejimi bu qondarma layihəni həyat keçirə bilməyəcək.  Çünki artıq Ukraynada bu azğınlaşmış dövlətin buynuzunu da, dişini də sındırıblar. Digər tərəfdən, qarşısına qoyulan məqsədləri həyata keçirmək üçün Rusiyanın resursları, ehtiyatları kifayət etmir”. 
 
Bu fikirləri  AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının “Beynəlxalq ictimaiyyətin təpkilərinə rəğmən Ukraynada məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, kütləvi qırğınlara əl atan putinizmin bu minvalla “SSRİ-2” layihəsini həyata keçirmək təhlükəsi varmı?” sualını cavablandırarkən ifadə edib.
 
“Putin ona ümid edirdi ki, elə ilk genişmiyaslı hücumdan və kütləvi qırğınlardan sonra Ukrayna xalqı və dövləti qorxub özü təslim olacaq.  Lakin bu, baş vermədi. Və hazırda Moskvanın əlində olan qüvvələr də kifayət etmir ki, bu işğalı davam etdirib həyata keçirsin. Ukrayna kimi ərazicə də böyük ölkəni ilk mərhələdə işğal etmək üçün ən azı yarım milyonluq ordu, silahlı qüvvə  lazım idi. Rusiya isə maksimum 200 minlik qoşun toplaya bilib ki, onun da yarısını, demək olar ki, itirib.  Və yeni qoşunlar toplamaq, onları təlimlərdən keçirmək öz daxilində böyük vəlvələ və təlatümlərə səbəb ola bilər. Çünki ilk gündən Ukraynaya təcavüzə müharibə yox, “xüsusi əməliyyat” adı qoyublar. Hətta bundan sonra Kreml müəyyən sayda canlı qüvvə toplaya bilsə belə, onlar üçün pul vəsaiti, ərzaq, silah, texnika və s. lazımdır”- açıqlamasının ardında bunları söyləyən partiya sədri dünyanı gözləyən başlıca təhlükədən də danışıb. 
 
“Tutaq ki, Moskva lap 500 minlik ordu topladı və Ukraynanı işğal etdi, amma işğal etdiyi ərazini saxlamaq üçün yenə də bir o qədər əlavə resursu olmalıdır.  Yəni hər şəhərdə qarnizonlarını yerləşdirməlidir və onları tabelikdə saxlamaq üçün qüvvələr cəlb etməlidir. İkincisi vurub dağıtdığı ölkəni bərpa etmək və gələcəkdə idarə etmək üçün yenə də vəsait xərcləməlidir. Bunun üçün isə bugünkü Rusiyanın nə vəsaiti, nə pulu, nə ordusu, nə də texnikası var.  Yəni artıq müəyyən  mərhələdən sonra bu ölkənin dağılma prosesi başlayacaq. Bu saat əsas təhlükə odur ki, Putin rejimi dünyanı Rusiyanın dağılacağı təqdirdə nüvə silahıyla bütün planeti dağıtmaqla qorxudur. Amma artıq Rusiyanın daxilindəki qüvvələr bunun qarşısını almalı və yaxın  zamanda da Putinin özünü neytrallaşdırmalıdırlar”- deyə Etibar Məmmədov vurğulayıb.
 
Sultan Laçın

6-04-2022, 12:04 216

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106