Sumqayıt Apellyasiya Məhkəməsi keçmiş arvadının boğazını kəsən şəxsin işini araşdırır


Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Ramil Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Sumqayit.tv pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Azər İsmayılovun sədrliyi ilə araşdırılır.
 
Növbəti iclas aprelin 25-nə təyin edilib.
 
Sumqayıt Ağır Cianyətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
İttiham aktına qeyd edilib ki, təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.
 
Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu dayısı qızı, 1996-cı il təvəllüdlü zərərçəkmiş Rəqsanə Məmmədova ilə aralarında ailə-məişət zəminində baş verən mütəmadi mübahisələrə görə Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərarı əsasında onların nikahları pozulub. Bir il sonra yenə də qeyri-rəsmi ailə münasibətlərini davam etdirib. Lakin aralarında eyni zəmində yenidən baş verən mübahisələrə görə 2022-ci ilin fevral ayından müxtəlif mənzillərdə ayrı yaşamalarına baxmayaraq, Ramil 30 may 2022-ci il tarixdə, saat 21:20 radələrində yüngül alkoqol sərxoşluğunun təsiri altında onunla mobil telefonla danışıb. Həmin vaxt “işdən çıx evə gəl, anam da gedib, birlikdə yaşayaq” deyib. Rəqsanə isə “səni istəmirəm, mənim karyeram var, sən get həyatını qur, mənim yaşadığım var” deyə cavab verib. Daha sonra Ramil keçmiş arvadının ona xəyanət etməsini düşünüb qısqanclıq zəminində qadını qəsdən öldürmək qərarına gəlib.
 
Bu məqsədlə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki mənzilin mətbəxindən bıçağı götürüb Rəqsanənin yaşadığı həmin şəhərciyin 58-ci və 59-cu blokları arasında bir müddət gözləyib. Sonra o, təxminən saat 22:20 radələrində zərərçəkmiş şəxs azyaşlı övladları ilə birlikdə gəldiklərini görüb. Bu zaman özü ilə gətirdiyi bıçağı çıxarıb Rəqsanəyə yaxınlaşaraq heç bir söz demədən uşaqlarının gözü qarşısında ona 8 zərbə endirib.
 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Ramil Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
 
O ifadəsində göstərib ki, 2010-cu ildə öz dayısı qızı Rəqsanə ilə Gürcüstanda ailə qurub, 2013-cü ildə isə Bakıya köçüblər. Onların 9 yaşında və 3 yaşında olmaqla 2 uşaqları var. 2017-ci il tarixdə boşanıblar, 1 il ayrı qaldıqdan sonra yenidən barışıb birgə yaşayıblar. Lakin rəsmi nikah bağlamamışlar. Hadisədən 4-5 ay əvvəl valideynləri Gürcüstana qayıdıb.
 
08 dekabr 2021-ci il tarixdə atası rəhmətə gedib, Gürcüstanda dəfn işlərini həll edəndən sonra anasını da Bakıya gətirib. Anasını gətirməmişdən qabaq Rəqsanə ona narazılıq edib. Daha sonra arvadının anası gəlib onu aparıb, Ramilə “nə vaxt ayrı yaşayacaqsansa, Rəqsanəni gəlib apararsan” deyib. İki ay onlar ayrı qalıblar.
 
Ramil Məmmədovun sözlərinə görə, valideynləri Rəqsanəyə ondan icazəsiz onun qaldığı binanın 1-ci mərtəbəsində kirayə ev tutub, ofisdə iş tapıblar. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə işə gedəndə Rəqsanənin evinin işıqlarının yanılı olduğunu və içəridən səslər gəldiyini eşidib. Qalxıb pəncərədən baxanda onun rəfiqəsi ilə birlikdə hansısa kişiylə danışdığını görüb. Aşağı düşüb ona zəng vurub, əsəbi halda bir-biriləriylə telefonla danışıblar. Bir-iki gün sonra dayısına zəng edib. Dayısı telefonu açmayıb.
 
O qeyd edib ki, daha sonra özü ona zəng edib “eşitdim qızımı öldürmək istəyirsən, Rəqsanəni öldür, sənin də, mənim də namusum təmizlənsin” deyib. Hadisə olan gün Rəqsanə ona birlikdə yaşadığı şəxs olduğunu, özünə başqa bir həyat qurmaq istədiyini söyləyib. Keçmiş arvadı ilə danışanda onun yanında Seyidzəhra adlı rəfiqəsi olub. Onların mübahisə etdiyini gördükdə Seyidzəhra qaçıb.
 
Ramil dindirilən zaman Rəqsanəyə 8 bıçaq zərbəsi vurduğunu etiraf edib.
 
O söyləyib ki, hadisə zamanı oğlu orda olmayıb, Seyidzəhranın bacısının evində imiş, sonradan ora gəlib. Hadisə yeri binadan 2-25 metr məsafədə olub. Binanın 7-ci mərtəbəsindən hadisə yerini görmək mümkün idi. Lakin uşağın Rəqsanənin rəfiqəsinin evindən hadisə yerini görməsi qeyri-mümkün idi. Hadisədən qabaq saat 12-13 radələrində evdə spirtli içki qəbul edib.
 








25-04-2023, 10:15 132

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106