Sumqayıt musiqi məktəbinə direktor düzələcəyinə söz verib, 8 min manatını alaraq aldatdı-DƏLƏDUZLUQ

muellim-direktor-olmaq-ucun-8-min-manat-verdi-aldadildi


Sumqayıtda yerləşən musiqi məktəbinin vakant olan direktor vəzifəsinə təyin olunmaq istəyən həmin məktəbin müəllimi Musa Məmmədov (ad-soyad şərtidir) dələduzluqla üzləşib.
Sumqayit.tv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, eyni zamanda Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi (qiyabi) olan şəxs qrup yoldaşı olan 1979-cu il təvəllüdlü Nəsimi Zeynalov tərəfindən aldadılıb. Belə ki, Nəsimi Musanın niyyətindən xəbərdar olandan sonra ona yüksək vəzifədə çalışan qohumunun olduğunu bildirib. O, Musaya 8 min manat müqabilində vakant vəzifəyə təyin etdirəcəyinə söz verib və həmin pulu alıb. Lakin bir müddət sonra Nəsiminin dələduzluq etməsi üzə çıxıb.
Hadisə Gəncədə baş verdiyindən Musanın şikayəti ilə Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İş daha sonra baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə Nəsimi Musadan aldığı pulların hamısını artıq qaytardığını və barışdıqlarını bildirib.
Məhkəmənin 13 oktyabr tarixli hökmü ilə Nəsimi Zeynalova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.

18-10-2023, 10:45 193

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106