Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi... »



Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü də istintaq təcridxanasında ölüb.

Ailə faciəsi ilə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İttihama görə, Qaçay 2022-ci ildə 16 il evli olduğu 36 yaşlı Rimma Tarıverdiyevanı qıcqanclıq zəminində öldürüb. Hadisə baş verən vaxt uşaqları da evdə olub. Bu səbəbdən Qaçay uşaqların yatmasını gözləyib, arvadını gecəyarı öldürmək qərarına gəlib. Ekspert rəyləri ilə də təsdiq edilib ki, təqsirləndirilən şəxs yataq otağında arvadına 26 bıçaq zərbəsi vurub.

İbtidai istintaqın gedişində təqsirləndirilən şəxsin psixi durumu ilə bağlı tibbi ekspertizalar keçirilib. Həkim rəyləri ilə Qaçayın cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

Bundan sonra istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Q.Şahməmmədov saxlanıldığı istintaq təcridxanasından çıxarılaraq Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib.

İş materiallarında yazılıb ki, Qaçay xeyli müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən 3 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Faciəsi də bundan sonra başlayıb. O, təcridxanaya qayıtdıqdan sonra orada 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Dərhal müalicə müəssisəsinə çatdırılıb.

Q.Şahməmmədovun təcridxanada hansı şəraitdə ağır dərəcəli yanıq xəsarətləri alması barədə istintaq materiallarında heç nə yazılmayıb. Ölüm haqda rəydən görünür ki, təqsirləndirilən şəxs yanıq və böyrək xəstəliyi səbəbindən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Təqsirləndirilən şəxsin ölümündən sonra prokurorluq məhkəməyə işlə bağlı qərar göndərib. Sözügedən sənəddə Q.Şahməmmədovun cinayət məsuliyyətindən azad edilməsi, ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məsləhət görülüb. Qərara hakim Aynurə Rzayevanın sədrliyi ilə baxılıb.

Qətlə yetirilən Rimma Tarıverdiyevanın hüquqi varisi qismində tanınmış valideyni məhkəmədə qızının Qaçaydan boşanmaq istədiyini bildirib. Dediyinə görə kürəkəni ailəsinin dağılmasını istəmədiyinə görə yalvarıb, sonradan evlilikləri davam edib.

Qaçayın qanuni nümayəndəsi qismində tanınmış atası isə mərhum oğlunun gəlinini niyə öldürdüyünü bilmir. Sadəcə onu qeyd edib ki, hadisə günü oğlu ona zəng edərək, “Durma, gəl. Öldürdüm, gəl, uşaqlara sahib çıx, polisə xəbər vermişəm”, - deyib.

Məhkəmə dəlil və sübutları tədqiq etdikdən, tərəfləri dindirdikdən sonra müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətməsinə əmin olub.

Qərara əsasən, Qaçay Şahməmmədov cinayət məsuliyyətindən azad edilib. Qanunun tələbinə uyğun olaraq müttəhimin ölməsi ilə əlaqədar iş üzrə icraata xitam verilib.(Qafqazinfo)

10-07-2024, 10:58 134

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106