“İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib


Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, belə halların (hadisələrin) qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sumqayit.tv xəbər verir ki, bu çərçivədə, baş verən fövqəladə hadisələr zamanı FHN-in xilasetmə qurumlarının xilasedicilərinin istənilən mürəkkəb şəraitdə vəzifələrini uğurla yerinə yetirməsinə tam hazır olması, xilasedicilərin peşə hazırlığının təkmilləşdirilməsi, tibbi və psixoloji hazırlıq üzrə bilik və bacarıqlarının artırılması, maddi-texniki təchizatlarının gücləndirilməsi və nəticə olaraq, mümkün hadisələrə çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən müvafiq işlər aparılır. O cümlədən, intihara cəhd kimi hadisələrə əksər hallarda Nazirliyin xilasedici dəstələri cəlb olunduğundan, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, xilasedici tərəfindən intihara cəhd edən vətəndaşla düzgün ünsiyyət üslubunun seçilməsi, onunla effektiv psixoloji söhbətin aparılaraq intihara cəhd niyyətindən çəkindirilməsi üçün xilasedicilərin zəruri psixoloji bilik və bacarıqlara malik olması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunanları nəzərə alaraq, Baş idarənin psixoloqlarının iştirakı ilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) “İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan XRXX rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov əməkdaşların peşə hazırlığı istiqamətində tibbi və psixoloji hazırlıq üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və aktual mövzularda toplantıların mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Baş idarənin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində, o cümlədən intihara cəhd hadisələri zamanı göstərdikləri uğurlu fəaliyyətdən danışıb və intihara cəhd zamanı zərərçəkmişə doğru şəkildə yanaşmanın vacibliyini diqqətə çatdırıb.
Baş idarənin psixoloqu Sona Məmmədova intiharın mahiyyəti, onun səbəbləri, risk faktorları, növləri, intihara cəhd zamanı ilkin psixoloji yardımın göstərilməsi barədə fotoslayd və videoçarx vasitəsilə ətraflı məlumat verib.
XRXX-nin psixoloqu kapitan Samirə İbadova intihara cəhd hadisələri zamanı göstərilən yardımın mühüm məqamları haqda məlumat verib. Tədbirdə çıxış edən kapitan Fuad İmanov bu hadisələrlə bağlı təcrübələrini bölüşüb, gənc əməkdaşlara dəyərli məsləhətlər verib, gizir Xəyal Sadıqova isə intihara cəhd hadisələrində iştirak edən xilasedicilərin vacib psixoloji keyfiyyətləri haqda danışıb.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

22-10-2021, 18:27 180

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106