Sumqayıtda qadın qonşusunun barmağını sındırdı – məhkəmə qərar verdi

Sumqayıt şəhərində iki qadın arasında yaranan mübahisə sonda cinayət hadisəsi ilə nəticələnib.

Sumqayit.tv Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində yerləşən 5 nömrəli yataqxanada baş verib. 1980-ci il təvəllüdlü Səidə Səlimova ümumi dəhlizdə qonşusu ilə mübahisə zamanı onun əlindən tutaraq burub və nəticədə zərərçəkmiş şəxsin barmağı sınıb.

Məlumata görə, mübahisə şəxsi münasibətlər zəminində yaranıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qonşusu dəhlizdə qoyulan ayaqqabı dolabına etiraz etdikdən sonra aralarında mübahisə düşüb və əsəbiləşərək onun əlini burub. Hadisə nəticəsində zərərçəkmiş şəxs xəsarət alıb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Səidə Səlimovaya Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan olunub. O, məhkəmədə özünü təqsirli bildiyini və etdiyinə görə peşman olduğunu deyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qərara əsasən, onun gecə saatlarında yaşayış yerini tərk etməsi, həmçinin Sumqayıt, Bakı və Abşeron ərazisini icazəsiz tərk etməsi qadağan olunub.

Bundan əlavə, təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi daşımalı, yaşayış yerini dəyişdirməməli və kütləvi tədbirlərdə iştirak etməməlidir.


20-03-2026, 23:00 94

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106