Sumqayıtda axtarılan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Baş Prokurorluğun sorğusu əsasında Monteneqro məhkəməsi Azərbaycan vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun ölkəmizə ekstradisiya edilməsinə razılıq verib.

Sumqayit.tv xəbər verir ki,Baş Prokurorluqdan verilən məlumata görə, Monteneqro Ədliyyə Nazirliyinə göndərilən sorğu və beynəlxalq prosedurlara uyğun təqdim olunan sənədlər əsasında aparılan danışıqlardan sonra Podqoritsa Ali Məhkəməsi Hidayət Süleymanovun sadələşdirilmiş ekstradisiya proseduru ilə Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanovun özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişə ev tikintisi və dövlət qurumlarından bütün icazələrin alınacağı barədə yalan vədlər verməklə külli miqdarda maddi ziyan vurduğu və dələduzluq etdiyi müəyyən edilib.

Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub. İstintaqdan yayındığı üçün İnterpolun Bakıdakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilən Hidayət Süleymanov keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Monteneqro ərazisində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər həyata keçirilir.


3-07-2026, 22:43 66

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106