Nazim İbrahimov Rövşən Əkbərovun əleyhinə ifadə verdi


20 il öncə Ukraynada iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sumqayit.tv
Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə əlindəki sənədlərlə dolu qovluqla birgə, konvoyun müşaiyəti ilə zala daxil olan general-leytenant dəmir barmaqlıqlar arxasında deyil, bir qədər kənarda qoyulmuş stulda əyləşdirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra hakim generala  hüquqlarını izah edib. R.Əkbərovun müdafiəçiləri bir neçə vəsatətlə çıxış ediblər. Vəkil Taleh İbrahimov iş materiallarında ciddi hüquq pozuntularına yol verildiyini, bu səbəbdən də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Müdafiəçilərin digər vəsatətləri cinayət işinə xitam verilməsi, general-leytenantın barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi, məhkəmə prosesinin audio yazı ilə aparılması ilə bağlı olub.

“Rövşən Əkbərov ittihamlarla razı deyil. Özünü təqsirli bilmir. Hadisə yerində olmayıb, müdafiə hüqüqu pozulub”-vəkil vəsatətində bildirib.  
Dövlət ittihamçısı Eldar Həmzəyev isə vəsatətin əsassız olduğunu, rədd edilməsini istəyib: “İttihamlar tam təsdiqini tapıb, müdafiə hüququ pozulmayıb. Hətta susmaq hüququndan da istifadə edib”.
Daha sonra R.Əkbərovun müdafiəçiləri cinayət işi üzrə şahid qismində dindirilən Disasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri (o vaxt Ukraynada səfir idi) Nazim İbrahimovun, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxəliyevin ifadələrinin sübutlar sıyahısından çıxarılması ilə bağlı vəsatətlər veriblər. R.Əkbərovun müdafiəçisi T.İbrahimov qeyd edib ki, hadisə baş verən gün M.Şıxəliyev ifadəsində Elçinin kim tərəfindən vurulduğunu görmədiyini deyib. Sonrakı ifadəsində isə Rövşən Əkbərov tərəfindən vurulduğunu bildirib”.

Vəkil şahidlərin 20 ildə bir dəfə də olsun Rövşən Əkbərovun adını çəkmədiklərini, sonradan hadisənin onun tərəfindən törədildiyini ifadələrində göstərdiklərini deyib. Dövlət ittihamçısı cinayət işindəki ifadələrin məhkəmə baxışında tədqiq ediləcəyini müdafiəçilərin diqqətinə çatdırıb.  
Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərovun uzun müddət məsuliyyətdən yayınmağa müvəffəq olduğunu deyib. E.Sadıqov general-leytenanta qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.
Bundan sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatələrin təmin edilmədiyini, mülki iddianın icraata götürüldüyünü elan edib.
Məhkəmə baxışı iyulun 30-a təyin edilib.
İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.
Ordu korpusunun komandanı olmuş  56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenantdır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

16-07-2021, 15:50 308

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106