Xəzərdə körpə balıqları ovlayanlar tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı xidməti ərazidə baş verən hüquqazidd əməlin qarşısı alınıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, İdarəyə balıqovlama mövsümünün bağlı olmasına baxmayaraq Bakı Buxtası ərazisində balıqçılıqla məşğul olan şəxslər barədə məlumat daxil olub. Dərhal su polisləri tərəfindən qeyd edilən ünvana baxış keçirilib. Nəticədə Bakı Buxtasında xüsusi balıqovlama alətləri ilə balıq tutan Arif Həsənov və Elvin Həsənov saxlanılıblar. Onların mühərriklə təchiz edilmiş qayıqlarına baxış zamanı 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Hər iki şəxs saxlanılaraq Su Nəqliyyatında Polis İdarəsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb. Arif və Elvin Həsənovların qanunsuz balıq ovu zamanı istifadə etdikləri mühərrikli qayığın müvafiq sənədinin olub-olmamasının müəyyən edilməsi istiqamətində Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Profilaktik söhbət zamanı həmin şəxslərə balıqovlama mövsümünün bağlı olduğu, xüsusən də körpə balıqların ovlanmasının qadağan edildiyi barədə məlumat verilib.
Qeyd edək ki, həvəskar balıqçılıqla məşğul olan şəxslərə 5 kiloqramdan artıq balıq tutmaq qanunla qadağan edilib. Amma bəzi şəxslər həvəskar balıqçı adından sui-istifadə edərək su hövzələrində xüsusən körpə balıq ovu ilə məşğul olurlar. Daha sonra isə həmin şəxslər körpə balıqların müxtəlif restoranlarda və mağazalarda qanunsuz olaraq satışını təşkil edirlər. Bu isə qətiyyən yolverilməzdir və bəzi balıq növlərinin nəslinin kəsilməsi ilə nəticələnə bilər. Ona görə də nəsli kəsilmək təhlükəsi olan balıqların körpə halda satışı ilə məşğul olan və restoranlarda müştərilərə təklif edən şəxslərə bu sahədə diqqətli olmağı tövsiyə edirik. Əks halda su polisləri tərəfindən həmin şəxslər barəsində də qanunauyğun tədbir görüləcək.
Xatırladaq ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
"Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

23-06-2022, 15:23 131

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106