Ukrayna ordusu Xersonda qanlı döyüşə hazırlaşır

Ukrayna əsgərləri Dnepr çayının qərb sahilindəki strateji limanı öz nəzarətlərinə qaytarmaq üçün döyüşə intensiv hazırlaşdıqları bir vaxt ölkənin cənubundakı Xerson şəhərində partlayışlar baş verib.

Sumqayit.tv "amerikanin sesi"nə istinadən xəbər verir ki, Rusiya münaqişə zonasından sakinlərin təxliyəsini sürətləndirib və Xerson vilayətində vəziyyətin pisləşdiyini etiraf edib. Fevraldan bəri Moskvanın ilhaq etdiyi ərazilər arasında yeganə böyük şəhər olan Xersondan artıq azı 70 min nəfər mülki əhali köçürülüb.
Kremlyönlü media orqanları Rusiya qoşunlarının qərargahlarını təxminən 80 km. cənub-şərqə köçürdükləri, bəzilərinin isə 18-ci əsrin rus komandirlərinin bürünc heykəllərini özləri ilə apardıqları barədə məlumatlar yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının cümə günü bildirdiyinə görə, Rusiya qüvvələri cəbhənin müəyyən hissələrində hərbi əməliyyatların intensivliyini üç dəfə artırıb və gündəlik 80-ə qədər hücum təşkil edib.
Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin hazırda əməliyyatlarını Bahmut, Avdiyivka və Donetsk vilayətinin qərbi istiqamətində cəmləşdirdiyini bildirib.
Britaniyanın Müdafiə Nazirliyi şənbə günü kəşfiyyat yeniləməsində bildirib ki, Rusiyanın "yeni səfərbər edilmiş çağırışçılarının çox güman ki, hazırlığı minimumdur və ya heç təlim keçmir".
Hesabatda deyilib ki, "Rusiya yəqin ki, cari səfərbərlik kampaniyası və illik payız çağırışı üçün hərbi təlimləri gücləndirməkdə çətinlik çəkir. Sentyabr ayında elan edilən qismən səfərbərliyə tələb olunan təqribən 300 min hərbçi üçün təlimlər artıq Rusiya Silahlı Qüvvələrini gücdən salıb."
Nazirlik "bu, noyabr ayında illik çağırış zamanı 120 minə yaxın çağırışçı ilə daha da ağırlaşacaq" deyə, bildirib.
Nazirliyin dediyinə görə, Rusiya "ölkəsində təlimlər üçün heyət, döyüş sursatları və obyektlərin çatışmazlığı səbəbindən" qoşunlarının Belarusda hazırlanmasına əl atıb. Kəşfiyyat yeniləməsində "Az və ya heç bir təlim olmadan qüvvələrin döyüş xəttinə yerləşdirilməsi hücum qabiliyyətini çox az təmin edəcək" deyilib.

6-11-2022, 17:10 179

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106