Azərbaycanda federasiyanın sabiq baş katibi dünyasını dəyişib-FOTO


Azərbaycan Velosiped Federasiyasının sabiq baş katibi Anna Qladçenko dünyasını dəyişib.

Sumqayit.tv xəbər verir ki, o, avqustun 1-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən ərazisindən keçən 115-ci km-də baş verən avtomobil qəzasında həyatını itirib.

Qladçenko əvvəllər həm də Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVİM) direktoru kimi də fəaliyyə göstərib. Sonuncu iş yeri isə Azərbaycan Velosiped Federasiyası olub. O, qurumda Hakimlər Kollegiyasının sədri vəzifəsində işləyib. Mərhum idman xadiminin bu gün 70 yaşı tamam olacaqdı.

Qəza baş verərkən sükan arxasında onun əri Vitali Qladçenko olub. Onun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olarkən o, idarətməni itirib. Nəticədə maşın yolun kənarına aşıb və salonda olan sərnişinlərdən Anna Qladçenko hadisə yerində ölüb. 1955-ci il təvəllüdlü Nüşabə Sultanova, 1974-cü il təvəllüdlü Səbinə Qasımova və 2004-cü il təvəllüdlü Ayan Qasımova isə xəsarət alaraq Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sultanova aldığı xəsarətlərdən elə xəstəxanada dünyasını dəyişib.

Qladçenkonun həyat yoldaşı da əvvəllər velosiped idmanı ilə məşğul olub. O, milli komandanın baş məşqçisi işləyib. Hazırda isə ROEİUGVİM-in məşqçi-müəllimidir.

Faktla bağlı hazırda DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

2-08-2022, 12:31 189

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106