Ünvanlı sosial yardımın təyini üçün müəyyən edilən göstərici AÇIQLANDI



“Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən növbəti ilin 1 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.

“Report”un xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edək ki, 2022-ci il üçün bu göstərici 200 manat təşkil edir.
Sənəddə vurğulanır ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanuna əsasən cari ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240 manata çatdırılıb.
Hazırda minimum pensiya orta aylıq əməkhaqqının 28,9%-i, minimum aylıq əməkhaqqının isə 80,0%-i səviyyəsindədir. Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75-80%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib.
“Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir. Layihə ilə birlikdə təqdim edilmiş İzahatda, eləcə də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində minimum pensiya məbləğinin artırılmasına dair qeydlər əks etdirilməmişdir ki, bu da növbəti ildə minimum pensiya məbləğinin ehtiyac meyarından aşağı olacağı deməkdir. Bu və yuxarıda göstərilənlər, növbəti ildə minimum pensiya məbləğinin artırılması ilə bağlı tədbirlərin reallaşacağına dair ehtimalları yüksəltməklə Fondun xərclərinə yenidən baxılması zərurətinin də yaranacağını qeyd etmək imkanı verir.
Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir”, - Hesablama Palatasının rəyində bildirilib.

1-11-2022, 17:32 195

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106