Aqroparklar kənd təsərrüfatının inkişafına dəstək verir

Aqroparklar kənd təsərrüfatının inkişafında əlverişli mexanizmdir

 


Ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.
Sumqayit.tv-nin məlumatına görə, hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.
İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,2 mlrd. manat özəl investisiya qoyulub.
Aqroparklarda məhsuldarlıq səviyyəsinin artırılması üçün müasir suvarma sistemlərindən geniş istifadə edilir. Hazırda fəaliyyət göstərən 43 aqroparkda ümumilikdə suvarılan 80 min hektar torpaq sahəsindən 40 min hektarı pivot, 7 min hektarı damlama, 2 min hektarı sprinkler suvarma sistemi vasitəsilə, 31 min hektarı isə ənənəvi üsullarla suvarılır.
Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 4500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2020-ci ildə aqroparklarda 124,3 min ton buğda, 64,6 min ton arpa, 121,6 min ton dən qarğıdalı, 90,4 min ton şəkər çuğunduru, 45,5 min ton silos üçün qarğıdalı, 18,5 min ton pambıq, 5,9 min ton soya, 32,3 min ton yonca, 27,4 min ton süd və 3,3 min ton ət istehsal olunub.
2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm və s. yığılıb.

25-08-2021, 11:56 228

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106