Subsidiya alınması üçün sığortalanacaq bitkilərin adları açıqlanıb


Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Sumqayit.tv xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə  sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur. Sığortalanacaq məhsulların siyahısı hər il Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək. Adı çəkilən bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyalar aqrar sığorta müqaviləsi imzalanmaqla ayrılacaq. Qeyd edək ki, sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida ilə təminatı, o cümlədən heyvandarlığın inkişafı və ixrac imkanları üçün mühüm rola malikdir. Eləcə də bu bitkilərin becərilməsi ilə minlərlə fermer, sahibkar, yüz minlərlə bölgə əhalisi məşğul olur. Həmin sahələrin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradacaq, fermerlərin gəlirlərini və qazancını qoruyacaq, eləcə də bölgə əhalisinin davamlı məşğulluğuna dəstək verəcək.
Xatırladaq ki, yeni tələb ölkə üzrə təsərrüfatların sayca cüzi hissəsini əhatə edir. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da dövlət tərəfindən fermerlərə ödənilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir və fermerlər üçün əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini əsas risklərdən – təbii fəlakət, fırtına, qasırğa, dolu, yanğın və üçüncü şəxslərin hərəkətlərindən qoruyur. Əlavə ödəniş müqabilində əkin sahələrini bitki xəstəlikləri və ziyanvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Qısa müddətdə ölkənin əksər rayonunda aqrar sığorta geniş tətbiq edilir. Artıq sığorta hadisələri üzrə ödənişlərin verilməsinə də başlanılıb.
Fermerlər əkin sahələrini sığortalamaq üçün əkinlərin bəyanından əvvəl birbaşa olaraq Aqrar Sığorta Fonduna, aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin yerli ofislərinə müraciət edə və ya 1651 nömrəsinə zəng edə bilərlər.

15-09-2021, 11:19 318

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106