Sumqayıt Azərbaycanın yeni sənaye xəritəsində əsas mərkəzə çevrilir

 
Azərbaycan iqtisadiyyatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas məqsədi neft gəlirlərindən asılılığın azaldılması, dayanıqlı və rəqabətqabiliyyətli qeyri-neft sektorunun formalaşdırılmasıdır.

Bu strategiyanın mərkəzində isə sənayeləşmə siyasəti, sənaye parkları və sənaye məhəllələrinin yaradılması, eləcə də işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi dövriyyəsinə reinteqrasiyası dayanır.

Bu gün Azərbaycanda sənaye zonaları artıq ayrıca təşviq mexanizmi deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatının struktur dayağına çevrilib. Hazırda ölkədə fəaliyyət göstərən sənaye zonalarında 104 müəssisə istehsala başlayıb, bu zonalara 7 milyard manatdan artıq investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələrin növbəti mərhələsində isə əlavə 1,74 milyard manatlıq investisiya qoyuluşu planlaşdırılır.

İstehsal göstəriciləri də sənayeləşmə siyasətinin səmərəliliyini açıq şəkildə nümayiş etdirir: sənaye zonalarında indiyədək 19,4 milyard manatlıq məhsul istehsal olunub, bunun 6,1 milyard manatı ixrac edilib. Azərbaycan istehsalı olan məhsullar artıq 70 ölkəyə ixrac olunur ki, bu da qeyri-neft ixracının coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsi deməkdir.

Sumqayıt Sənaye Parkı Azərbaycanın sənaye siyasətinin flaqmanı hesab olunur.

640 hektar ərazini əhatə edən parkda hazırda 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manatdır. Park çərçivəsində 8800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulub, artıq 6135 nəfər daimi işlə təmin edilib. Rezidentlərin 15,4 milyard manatlıq satış həcmi, bunun 5,7 milyard manatının ixracın payına düşməsi Sumqayıt Sənaye Parkının ixrac yönümlü sənaye mərkəzi kimi rolunu təsdiqləyir.

Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıt Sənaye Parkına səfəri qeyri-neft sənayesinin inkişafına verilən yüksək diqqətin bariz nümunəsi oldu. Dövlət başçısının yeni istehsal müəssisələrinin açılışında və sənaye layihələrinin təməlqoyma mərasimində iştirakı Sumqayıtın müasir, ixrac yönümlü sənaye mərkəzi kimi mövqeyinin gücləndiyini və sənayeləşmə siyasətinin real nəticələr verdiyini göstərir. Burada fəaliyyətə başlayan yeni müəssisələrdə güzgü, karton-qutu, polimer qablaşdırma istehsalı daxili bazarın idxaldan asılılığını azaldır və əlavə ixrac dəyəri yaradır.
 

Sənaye parklarının cəlbediciliyinin əsas səbəblərindən biri güclü dövlət dəstəyidir. Rezidentlər dövlət hesabına yaradılmış hazır infrastruktur, 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azadolma, idxal avadanlıqları üzrə ƏDV və gömrük rüsumlarından azadolma, güzəştli kreditlər kimi stimullardan yararlanır. Bu mexanizmlər investisiya risklərini minimuma endirməklə sənayeləşməni sürətləndirir.


Sumqayıtla yanaşı Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul sənaye parkları, eləcə də Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri regionların iqtisadi aktivliyini artırır. Naxçıvan Sənaye Parkı və Gəncə-Şəmkir ərazisində planlaşdırılan Qərb Sənaye Parkı isə ölkənin sənaye xəritəsini daha da genişləndirir.

Azərbaycanın sənaye siyasətində yeni mərhələ işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması ilə başlayıb.

Bu ərazilər zəngin təbii resurslara, əlverişli logistika imkanlarına və geniş torpaq ehtiyatlarına malikdir. Burada sənayeləşmə həm iqtisadi, həm də sosial-siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Xüsusilə Araz Vadisi İqtisadi Zonası Azərbaycanı regional istehsal və ixrac mərkəzinə çevirmək baxımından mühüm platforma hesab olunur. Bu zonalar kənd təsərrüfatı məhsullarının emalı, tikinti materialları, yüngül sənaye və logistika sahələri üçün böyük potensiala malikdir.

İşğaldan azad olunan ərazilərdə yaradılan sənaye müəssisələri yerli xammala əsaslanan istehsalı təşviq edir, məcburi köçkünlərin geri qayıdışını məşğulluqla təmin edir, regionlararası iqtisadi balansı bərpa edir, ixrac üçün yeni məhsul və bazar imkanları yaradır. Bu yanaşma sənayenin bir məkanda cəmlənməsinin qarşısını alır, regionlarda əlavə dəyər yaradır və daxili miqrasiyanın balanslaşmasına töhfə verir.

Bütün bu faktlar və göstəricilər aydın şəkildə sübut edir ki, Azərbaycanda formalaşan yeni sənaye xəritəsi təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Sənaye parkları və sənaye məhəllələri artıq yalnız istehsal məkanları deyil, qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edən, ixrac yönümlü və rəqabətqabiliyyətli iqtisadi modelin əsas sütunlarına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə sənayeləşmənin paralel şəkildə aparılması isə bu modelə həm iqtisadi, həm də sosial məzmun qazandırır.

Bu proseslərin mərkəzində Prezident İlham Əliyevin strateji baxışı və siyasi iradəsi dayanır.

Məhz dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə və iqtisadi şaxələndirmə siyasəti Azərbaycanın təbii, insan və coğrafi resurslarını vahid inkişaf konsepsiyasında birləşdirərək real iqtisadi nəticələrə çevirib. Bu gün sənaye parklarında yaradılan minlərlə iş yeri, artan ixrac göstəriciləri və regionların iqtisadi dirçəlişi Azərbaycanın post-neft dövrünə hazırlığının praktiki ifadəsidir.

Nəticə etibarilə, qeyri-neft sektorunun inkişafına söykənən bu sənaye modeli Azərbaycanın iqtisadi təhlükəsizliyini möhkəmləndirir, regionlar arasında balanslı inkişafı təmin edir və ölkəni Cənubi Qafqazın aparıcı sənaye və ixrac mərkəzlərindən birinə çevirir. Formalaşan bu yeni iqtisadi reallıq uzunmüddətli perspektivdə Azərbaycanın dayanıqlı inkişafının, rəqabət üstünlüyünün və milli rifahının əsas təminatlarından biri kimi çıxış edir.

Emin Hacıyev, İqtisad elmləri namizədi


29-01-2026, 20:50 102

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106