Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Azərbaycanda səfərdə olan Türkiyənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyəti Sumqayıt Sənaye Parkında olub.

Sumqayit.tv xəbər verir ki, görüş İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında keçirilib.

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara qurumun fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində görülən işlər, eləcə də yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur, logistika imkanları və dövlət dəstəyi mexanizmləri qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.

Görüş zamanı ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar da müzakirə olunub.

Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-də istehsalın təşkili, keyfiyyətə nəzarət və ixrac imkanları barədə məlumat təqdim edilib.

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış müasir infrastruktur və əlverişli biznes mühitini yüksək qiymətləndirib.



20-04-2026, 18:22 341

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106