Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

 

Azərbaycanda səfərdə olan Türkiyənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat təqdim olunub.

Diqqətə çatdırılıb ki, sənaye zonalarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur təminatı, logistika imkanları və dövlət dəstəyi mexanizmləri ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.

Görüşdə, həmçinin ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, kadr hazırlığı və bilik mübadiləsi istiqamətində imkanlar müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Sumqayıt Sənaye Parkının ərazisində fəaliyyət göstərən müəssisələrə baxış keçirib, istehsal prosesi ilə yerində tanış olub. Qonaqlara “Kartaş Kimya” MMC və “Azərfloat” QSC-nin müəssisələrində istehsalın təşkili, keyfiyyətə nəzarət mexanizmləri və ixrac imkanları barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Sumqayıt Sənaye Parkında yaradılmış əlverişli biznes mühitini və müasir infrastruktur imkanlarını yüksək qiymətləndirib, bu kimi sənaye zonalarının regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

 


21-04-2026, 18:12 304

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106