İstehsal müəssisəsinə infotur təşkil olunub


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda yerləşən uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsinə infotur təşkil olunub.


Sumqayit.tv xəbər verir ki, Tədbirdə İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların, Dövlət Məşğulluq Agentliyinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, Ticarət Şəbəkələri Assosiasiyasının və iri ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş infoturun məqsədi müəssisənin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarını, yerli təchizatçıları məlumatlandırmaq, satış şəbəkələrinə çıxışa dəstək məqsədilə müəssisə və təchizatçıları əlaqələndirmək, müvafiq təşkilatlar və müəssisə arasında əməkdaşlığın genişləndirilməsidir.  
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev, “Rafa Group” MMC-nin təsisçisi Turan Özbahceci və digər şəxslərin iştirak etdiyi tədbirdə iştirakçılar istehsal prosesi ilə tanış olublar. Məlumat verilib ki, uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsi 2021-ci ildə fəaliyyətə başlayıb. Hazırda müəssisədə “Mini Boss” uşaq bezi, “La luna” salfetləri və digər kağız məhsulları istehsal olunur. Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin edilib.

23-12-2021, 16:49 251

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106