Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır


Hacıqabulda innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipi tarla şaraitində nümayiş etdirilib

Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "İnnovativ texnikalar Fermerin yanında" layihəsi çərçivəsində tarla müşavirəsi keçirilib. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, eləcə də taxıl, pambıq, tütün, çəltik və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edilib. Nazir müavini əlavə edib ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Xüsusilə aqrar sektorun əsas hərəkətverici qüvvəsi olan fermerlərin innovativ kənd təsərrüfatı texnikalarının iş prinsipləri barədə məlumatlı olması mühüm əhəmiyyət kəsb edir.
Müşavirədə çıxış edən Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlərə toxunub. İcra başçısı əlavə edib ki, kənd təsərrüfatı sahəsində tətbiq edilən hər bir innovasiya insanların işlərini asanlaşdırmaqla kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Fermerlərimiz dövlət tərəfindən maliyyə dəstəyi alır, o cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. Məhz bu səbəbdən fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır. Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, fermerlərimizin bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından geniş istifadə etməsi Azərbaycanda aqrar sahənin inkişafına öz töfhəsini vermiş olacaq.
Tarla müşavirəsində ölkəmizdə fəaliyyət göstərən 12 təchizatçı şirkət tərəfindən 50-dən çox müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib. Müşavirənin keçirilməsində məqsəd respublikaya idxal edilən innovativ texnikalar barədə fermerlərin məlumatlandırılması, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasıdır. Bu formatda müşavirələrin respublikanın digər rayonlarında da təşkil edilməsi nəzərdə tutulur.
Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artırFermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artırFermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artırFermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artırFermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır Fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artırFermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır

11-02-2022, 11:21 193

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106