“Rəqəmsal İpək Yolu” layihəsi “Dubay Expo”da - FOTO



“NEQSOL Holding”in təşəbbüsü ilə “AzerTelecom” şirkəti tərəfindən həyata keçirilən, Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) infrastruktur layihəsi Birləşmiş Ərəb Əmirliklərində “Dubay Expo 2020” çərçivəsində Azərbaycan Pavilyonunda təqdim edilib.

“NEQSOL Holding” və “AzerTelecom” tərəfindən təşkil edilən “Rəqəmsal İpək Yolu - Sərhədləri Aşan Bağlantı” (Digital Silk Way - Connectivity Beyond Borders) adlı tədbirdə Avropa və Asiya ölkələrinin tanınmış telekommunikasiya şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib.
Tədbirdə Avropa və Asiya arasında “Rəqəmsal İpək Yolu” dəhlizinin formalaşdırılması, Qafqaz, Mərkəzi və Cənubi Asiya regionlarında bağlantı xidmətlərinə artan ehtiyac, mövcud və gələcək imkanlar barədə geniş təqdimat keçirilib. Layihəni təşkil edən əsas komponentlər, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında sualtı fiber optik infrastruktur layihəsinin icrası barədə danışılıb.
“Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” geniş regionda rəqəmsallaşma və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Layihənin “Dubay Expo”da təqdimatı və rəqəmsal dəhlizin yaradılması istiqamətində aparılan faydalı müzakirələr bir daha layihəmizə beynəlxalq və regional tərəfdaşların ciddi marağını göstərdi.
İnanırıq ki, layihənin icrası ölkəmizin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə də töhfə verəcək”, - deyə “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev qeyd edib.
Həmçinin, “NEQSOL Holding” və “AzerTelecom” şirkətinin baş tərəfdaşlığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Dubay Expo 2020” sərgisinin Azərbaycan Pavilyonunda kiçik və orta biznes (KOB) üzrə Forum da keçirilib. “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirdə KOB-lar üçün imkanlar haqqında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunmuş panel müzakirələrində “AzerTelecom” şirkətinin nümayəndələri rəqəmsallaşmanın kiçik və orta biznesin inkişafına töhfəsi barədə də çıxış ediblər.
“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda qabaqcıl xidmətlər təqdim edir.
“NEQSOL Holding” səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinqin təşəbbüsü ilə “AzerTelecom” tərəfindən həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri olaraq seçilib.



30-03-2022, 16:09 205

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106