Ölkə üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb


2022-ci il barama mövsümündə 40 rayondan olan kümçülərə ümumilikdə 11130 qutu ipəkqurdu toxumu verilib

2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.  İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub. 
Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Qeyd edək ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.
İpəkqurdu toxumlarının paylanması prosesi başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən kümxanalara baş çəkib, kümçülərlə söhbət edib, onların təkliflərini dinləyiblər. Səsləndirilən təkliflər qeydə alınıb, icrası üçün müvafiq tapşırıqlar verilib.
Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb

12-05-2022, 15:10 259

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106