"Yanlış siyasət İranın sonunu gətirər" - SİYASİ EKSPERT AÇIQLADI


"Heç kimə sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran dediyimiz ölkə özünü tikanın üstündə oturmuş kimi hiss etməyə başladı. Bunun da başlıca səbəbi Türkmənçay müqaviləsi ilə ikiyə bölünən Azərbaycanın yenidən bir olma qorxusundan qaynaqlanır".
Sumqayit.tv xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Elçin Abdullayev bildirib.
Onun sözlərinə görə, məlum qorxu hissi, tarixin müxtəlif vaxtlarında İranı vadar edirdi ki, müstəqil Azərbaycana qarşı müəyyən təxribatlara əl atsın. Baxmayaraq ki, Azərbaycan İrana hər zaman dostluq münasibəti bəsləyib. Onlar isə əvəzində Azərbaycana əzələ nümayiş etdirmək üçün dəfələrlə sərhədlərimizi pozurdular.
2020-ci il Vətən müharibəsindən sonra isə regondakı vəziyyət, o cümlədən güc tarazlığı köklü sürətdə dəyişməyə başladı. Bakı və Ankaranın ikinci Qarabağ müharibəsində fəal və həlledici sözə sahib olması, İranın Cənubi Qafqaza açılan pəncərələrinə kölgə düşürdü. Bir növ İranın arzularını ürəyində qoydu. Məhz ona görə də molla rejimi 44 günlük savaş boyunca erməni qardaşlarına əlindən gələn köməkliyi göstərdi ki, müharibəni uduzmasın. Göstərilən dəstək bir neçə istiqamətdə, o cümlədən hərbi, diplomatik və informasiya baxımından açıq-aydın görünürdü. Ermənistana İran üzərindən çatdırılan silahları, müharibənin ilk günlərində Tehran rəsmilərinin qardaşlıq etdiyi ölkəni xilas etmək üçün Azərbaycanın dövlət başçısı və xarici işlər naziri ilə bir-neçə dəfə görüşərək atəşkəsə nail olmaq təşəbbüsü, eyni zamanda, həmin ərəfədə Prezident İlham Əliyevin xarici KİV-lər üçün keçirdiyi brifinqdə iranlı jurnalistinin verdiyi qərəzli sualı xatırlatmaq kifayət edir ki, cənub qonşumuzun bizə qarşı münasibətinin nədən ibarət olduğunu görək.
İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdıran rəsmi Bakı, bu gün İranla olan sərhədlərinə tam nəzarəti ələ alıb. Söhbət o sərhədlərdən gedir ki, qarşı tərəfdə yaşan insanlar Azərbaycan türkləridir. Hansı ki, 44 günlük müharibə dövüründə sərhəddəki soydaşlarımız Azərbaycan əsgərinin möhtəşəm zəfərini göz yaşları ilə seyr edir və alqışlayırdılar. Bax, İranı məhz bu münasibətdir qorxu içində saxlayan. Ona görə də Azərbaycanın sərhədləri boyunca ordu yığıb hərbi təlimlər keçir. Ancaq əminliklə deyirəm ki, İranın bu təşəbbüsü iflasa uğrayacaq. Yaxşı olar ki, Tehran çömçəni əlinə alıb, sabitliyə doğru addım-addım yaxınlaşan bölgəni qarışdırmağa cəhdlər etməsin. Bugünkü Azərbaycan 90-cı illərin və 2000-ci illərin Azərbaycanı deyil. Ölkəmizin həm qüdrətli ordusu var, həm də etibar edəcəyi dost-qardaş dövlətlər var ki, İranın başına od yağdırarlar. Ən əsası isə İran Azərbaycana qarşı hər hansı kiçik bir addım atacağı təqdirdə, daxilindəki 40 milyonluq soydaşımızın müqavimətini nəzərə almalıdır. İran əgər, bölgədə aktiv siyasət yürütmək istəyirsə, bir zəhmət bunu əsla və əsla Azərbaycan üzərindən etməməlidir. Bu cür yanlış siyasət İranın sonunu gətirər. Buna əminəm".
Müəllif: Abutel İlhamqızı

26-10-2022, 09:37 203

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106