Qarabağda hücum hazırlanır – Petrovdan sensasion açıqlama

                  


Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay olub. Qarabağ separatçıları rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan Azərbaycan Ordusunun mövqelərini hər gün atəşə tutur. Noyabrın 8-dən noyabrın 27-dək erməni yaraqlıları 15 dəfə atəşkəsi pozub. Qarabağ müharibəsində Ermənistanın təslim olması və erməni işğalçı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasından sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücum etməyə cəhdlər edib, lakin bu təcavüz aktları az və sistemsiz olub. Ən böyük döyüş bu ilin avqustunda baş verib, ermənilərin təxribatının qarşısı “Qisas əməliyyatı” ilə alınıb.
Sumqayit.tv axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
“Lakin indiyədək Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni silahlı birləşmələrinin hərbi təxribatlarında aydın təşkilatlanma olmayıb. Hətta sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində gedən şiddətli döyüşlər zamanı Qarabağda bir güllə belə açılmadı. İrəvan həmin günlərdə ikiistiqamətli siyasi kampaniyaya başladı: birincisi, Rusiya və KTMT-dən Azərbaycanla sərhəddəki vəziyyətə müdaxilə etməyi tələb etdi, ikincisi, Brüssel və Parisi Ermənistanda özünə faydalı vasitəçi kimi təmin etməyə çalışdı. Amma yenə də Qarabağdakı separatçılar sentyabr və oktyabr aylarında özlərini “sakit” apardılar. Bəs, noyabrda nə dəyişdi? İrəvanın xarici siyasət kampaniyasının “rus” və “fransız” istiqamətləri eyni vaxtda iflasa uğradı. İrəvanda keçirilən KTMT sammiti də göstərdi ki, Təşkilat ölkələri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Paşinyan isə müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etdi. Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları rədd etdi.
Fransaya gəlincə, oktyabr ayında Makron Bakıya yönəli qalmaqallı ittihamlar səsləndirdi, Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci antiazərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı danışıqlar prosesində iştirakını qeyri-mümkün etdi. Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, antiazərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib”, - o bildirib.
Analitik qeyd edib ki, Ermənistan Bakı-İrəvan münaqişəsinin nizamlanması prosesini ləngitmək və ya öz xeyrinə çevirmək üçün diplomatik yollarını tükədib:
“Rusiya Azərbaycana təzyiq etməyəcək, Azərbaycan isə Fransanın işğalçı siyasətini açıq dəstəklədiyi müddətcə Parislə danışmayacaq. Siyasətdəki ikiqat fiaskonun təbii nəticəsi Ermənistan hakimiyyətinin ənənəvi hərbi təxribat üsullarına əl atmasıdır. İndi sərhəddə Azərbaycan mövqelərinə hücum etməyin mənası yoxdur. Çünki sentyabr döyüşləri həm Azərbaycanın sərhədlərinin nə qədər qüdrətli qorunduğunu, həm hücumlara nə qədər sərt cavab verdiyini, həm də belə təxribatlarda Bakının qələbəsinin nə qədər qaçılmaz olduğunu göstərdi. Buna görə də növbə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artmasına çatıb. Paşinyan rejimi hələ də Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək istəyir. Əgər Moskva öz qoşunlarını iki respublikanın sərhədinə yerləşdirməkdən imtina edərsə, o zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan sülhməramlılar var. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı kontingentini təhlükə altına salmağa cəhd etmək olar. Separatçıların Azərbaycan mövqelərinə hücumuna ciddi hazırlıq görməsi təkcə atəşkəsin artması ilə sübut olunmur. Şənbə günü rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonadan kənarda kəşfiyyat aparan erməni silahlılarının kvadrokopteri ələ keçirilib və həftə ərzində Laçın dəhlizi ilə hərbi texnikanın daşındığı elan edilib. Ermənistan Qarabağdakı separatçıları silahlandırır və Azərbaycanın hərbi hissələrinin dəqiq yerini öyrənir. Bu, koordinasiyalı hücuma hazırlığın bariz əlamətləridir. Əgər Rusiya planı baş tutmasa, İrəvan hərbi yardım üçün Qərbə üz tutacaq. Onların Qarabağa girməsinə Bakı razı olmayacaq. Bu, həm də Kremlin Gümrüdəki hərbi bazasının bağlanmasına, hərbi sahədə Moskva-İrəvan əlaqələrinin zəifləməsinə yönəlik antiRusiya addımı olacaq”.

28-11-2022, 15:13 281

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106