“Kiçik Qiyamət” üçün tarix açıqlandı: Uşaqlarımız həmin günü görəcəklər - FOTO


“Bu əsrin sonuna qədər Yer kürəsindəki bütün canlı növlərinin dörddəbirindən çoxunun nəsli kəsiləcək”.
Sumqayit.tv
Haber Globala istinadən xəbər verir ki, bu qorxunc proqnoz Kanadada keçirilən BMT-nin Bioloji Müxtəliflik Konfransında (COP15) avropalı alimlər tərəfindən verilib.
Onların sözlərinə görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli hissəsi yox olacaq.
Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.

Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə “virtual Yer” modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin 10 faizi yox olacaq, 2100-cü ilə qədər bu nisbət 27 faizə çatacaq.
Araşdırmada iqlim dəyişikliyi və artan insan fəaliyyətləri səbəbindən Yer kürəsi tarixində planetin 6-cı kütləvi yox olma prosesinə girdiyi diqqətə çatdırılıb.
“Bu gün doğulan uşaqlar 70 yaşına çatanda minlərlə bitki növünün və kiçik böcəklərdən tutmuş fillərə, koalalara qədər minlərlə canlının nəslinin kəsildiyinin şahidi olacaqlar”, - deyə tədqiqat qrupundan biri olan professor Kori Bredşou xəbərdarlıq edib.

Tədqiqatlardan aydın olub ki, son bir əsrdə hər il orta hesabla iki növ onurğalının nəsli kəsilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, planetimizdə 42 mindən çox növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Yer kürəsi öz tarixi boyu beş kütləvi yox olma hadisəsi yaşayıb. Bunlardan ən məşhuru 66 milyon il əvvəl meteoritin Yerə düşməsi ilə dinozavr növlərinin məhvidir.

21-12-2022, 10:56 197

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106