Sumqayıt morqu bazar prinsipləri ilə işləyir?


Yer kürəsi ağır pandemiya şəraitini yaşayaraq silkələndiyi bir zamanda bəzi dövlətlər də çöküş dönəminə qədəm qoyur. Buna rəğmən hər ölkə çalışır ki, öz vətəndaşlarını anbaan artan çətinlik və problemlərdən xilas etsin. Azərbaycanda isə mənzərə müəyyən qədər fərqlidir. Ölkə vətəndaşlarının öz dövlətindən müsbət yöndə gözləntiləri olduğu halda bir sıra qurum var ki, ağır durumdan sui-istifadə  edərək özlərinin imperatorluq sərhədlərini genişləndirməklə məşğuldur. Ən acınacaqlısı isə həmin imperatorluq iddiasında olan məmurlar, vətəndaşların dirisindən də, ölüsündən də pul qazanırlar.
Sumqayit.tv-yə daxil olan şikayət xarakterli məlumata görə, Məhkəmə Tibbi-Eksperiza və Patoloji Anatomiya Birliyi Sumqayıt şəhər Şöbəsində baş verən özbaşınalıq və rüşvət halları nə konstitusiyaya uyğun gəlir, nə də dövlət başçısının məmurlara etdiyi xəbərdarlıqlara, yaxud mütəmadi olaraq, verdiyi tapşırıqlara. Sanki, bu qurum bazar prinsipləri ilə işləyir. İddiaya görə hər bir ölü sahibindən sözügedən idarədə 120-130 AZN pul istənilir. Əvəzində isə heç bir qəbz ödənilmir ki, bu da alınan pulların rüşvət xarakterli olduğuna dəlalət edir və idarə haqqında mənfi imic formalaşdırır.
Şübhəsiz ki, ölkənin bütün qurumları işlək mexanizm vəziyyətində olmalı, dövələtimizin və ölkə vətəndaşlarımızın düşdüyü ağır durumdan çıxması üçün əl-ələ verib çalışmalıdırlar. Əfsuslar olsun ki, istər pandemiya dövründə, istərsə də 44 günlük zəfərlə yekunlaşan müharibə dövründə bir sıra qurumlar var ki, onların fəaliyyətsizliyini müşahidə etdik. Bu “prinsip” hazırda da davam etməkdədir. 
“Belə qurumların insanları narazı salması birbaşa ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə ziddir və dövlətçiliyə qarşı atılan addımdır”, -deyərək, hələlik adını çəkmədiyimiz vətəndaş şikayət xarakterli müraciətində bildirib.   
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

30-08-2021, 17:50 392

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106