Sumqayıtda toydan sərxoş çıxıb avtomobili qaçırdı,



Sumqayıt Şəhər Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Elman Qadirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 
İttihama görə, hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 36 nömrəli evin qarşısında qeydə alınıb. 
Belə ki, 1998-ci il təvəllüdlü Elman Qadirov sərxoş vəziyyətdə ərazidə olan avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına oturmaqla mühərriki işə salaraq Sumqayıt şəhəri, Novxanı bağlar massivi istiqamətində hərəkət edib. Məhkəmə iclasında Elman Qadirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib ki, hadisə günü axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən "Bəyaz" şadlıq sarayında toyda olub. O, toyda spirtli içki qəbul edib. Həmin vaxt qardaşı da toyda olub. Təxminən saat 23 radələrində onlar toydan çıxıblar. Onlar Novxanı bağlar massivinə çatan zaman DYP əməkdaşları qardaşının maşınını saxlayıb. Qardaşı avtomobili içkili idarə etdiyi üçün maşını cərimə meydançasına aparıblar. Bir az keçdikdən sonra Elman da cərimə meydançasına gedib. O, orada qardaşını tapa bilməyib. 
Elman saat 02 radələrində sərxoş vəziyyətdə evə qayıtmaq istəyərkən İnşaatçılar qəsəbəsi ərazisində yerləşən fərdi evlərdən birinin qarşısında qara rəngli "VAZ-2107" markalı avtomobilin dayandığını görüb. O, avtomobilə yaxınlaşıb qapısını açıb. Açar maşının üstündə olduğu üçün açarla onun mühərrikini işə salıb. Elman maşını sürüb Novxanı bağlar massivi ərazisinə gedib, gecə isə avtomobilin içində yatıb. Oyandıqdan sonra isə avtomobili həmin ərazidə bağların arasında saxlayıb evə gedib. Elan Qadirovun sözlərinə görə, özünə gəldikdən sonra maşını sahibinə necə qaytarmaq barədə fikirləşib. Sonra günorta saatlarında maşını Sumqayıt Şəhər Polis İdarəsinə gətirərək baş vermiş hadisə barədə məlumat verib. O, avtomobili polis əməkdaşlarına təhvil verib və əməlindən peşman olduğunu bildirib.

9-01-2023, 11:54 128

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106