Sumqayıt Blədiyyə sədrinin qəbuluna buraxılmayan qadın 2 nəfərə xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qəmər Alıyevanın (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və Qəmər Alıyevanın qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum olunub. İttihama görə, hadisə 23 iyun 2022-ci il tarixdə, saat 11:30-da Sumqayıt bələdiyyəsinin inzibati binasında qeydə alınıb.
Belə ki, hadisə günü Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü, şirkətlərin birində nəzarətçi vəzifəsində işləyən Qəmər Aliyeva bələdiyyə sədri Sərviz Süleymanovun qəbula gəlib. O, binada olarkən sədr tərəfindən qəbul edilməsini tələb edib. Qadına sədrin yerində olmadığı bildirilib, digər səlahiyyətli şəxs tərəfindən qəbul edilməsi təklif olunub. Buna baxmayaraq, o, bələdiyyə sədri tərəfindən qəbul edilməsini istəyib. Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs ictimai asayişi və Sumqayıt bələdiyyəsinin normal iş fəaliyyətini pozub, həmçinin cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməməklə və yaranmış səs-küyə yığışan işçilərin onu sakitləşdirməsinə məhəl qoymayıb. O, bələdiyyə əməkdaşlarının gözü qarşısında, heç bir əsaslı səbəb olmadan yumruqla inzibati binanın dəhlizində bələdiyyə sədrinin xidməti otağına getməsinə mane olmağa çalışan əməkdaşlardan birinin çiyin nahiyəsinə qəsdən zərbə vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib. Daha sonra Qəmər qərəzli hərəkətlərini davam etdirərək inzibati binanın ikinci mərtəbəsində yerləşən bələdiyyə sədrinin xidməti otağının qarşısında yerləşən qəbul otağının qapısının tutacağından tutub dartaraq sındırıb. Təqsirləndirilən şəxs qəbul otağına daxil olduqdan sonra isə oradakı masanın ön tərəfinin üzlüyünü qoparıb. Bundan başqa, o, sədrin xidməti otağına keçməyə mane olmağa çalışan digər bələdiyyə əməkdaşının çənə nahiyəsinə qəsdən yumruqla zərbə vurub, eyni zamanda, üz nahiyəsini cırmaqlayıb və ona sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirib. Daha sonra zərərçəkmişlər polisə müraciət edib və Qəmər Aliyeva saxlanılıb, barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanı tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 2 bələdiyyə əməkdaşı zərərçəkmiş qismində tanınır.
Məhkəmədə Qəmər Alıyeva elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində söyləyib ki, 2005-ci ildən Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən boş torpaq sahəsində fərdi yaşayış evi tikərək orada digər ailə üzvüləri ilə birlikdə məskunlaşıb. Ancaq həmin torpaq sahəsinin və tikdiyi fərdi yaşayış evinin sənədləri olmadığından müxtəlif dövlət idarələrinə, o cümlədən Sumqayıt bələdiyyəsinə dəfələrlə müraciət edib. Buna baxmayaraq, müraciətlərinə həmişə mənfi cavab verilib, səbəb kimi torpaq sahələrinin bələdiyyənin balansında olmamasını göstəriblər. Bu səbəbdən müxtəlif instansiyalara şikayətlər edib, münasibətləri bu səbəbdəndə bələdiyyə işçiləri ilə pozulub. Hadisədən təxminən 15 gün əvvəldən başlayaraq Sumqayıt bələdiyyəsinin sədri Sərviz Süleymanovun qəbuluna yazılmaq üçün dəfələrlə bələdiyyəyə gedib, müraciət edib. Ancaq hər dəfə ona sədrin yerində olmadığı bildirilib. Qadının sözlərinə görə, hadisə zamanı bilərəkdən heç kimə bədən xəsarəti yetirməyib. Təqsirləndirilən şəxs etdiyi əməli məcburiyyətdən və maddi imkansızlıqdan törətdiyini bildirərək məhkəmə tərəfindən qeyd olunan halların nəzərə alınmasını xahiş edib

26-01-2023, 17:38 174

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106