“Sumqayıt hadisəsini SSRİ, Azərbaycan və Ermənistan DTK-sı təşkil etmişdi” –SSRİ-nin sabiq dövlət xadimi Yakovlev nələri açıqlayıb?


“1988-ci il Sumqayıt hadisələrini SSRİ, Azərbaycan və Ermənistan Dövlət Təhlükəsizlik Komitələri təşkil etmişdi”.
Azpost.info bildirir ki, bu sözləri 1988-1991-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, ideoloji məsələlər üzrə katib  Aleksandr Yakovlev 1992-2005-ci illərdə KİV-lərə verdiyi müsahibələrin toplandığı “Seçilmiş müsahibələr” kitabındakı intervüsündə deyib.
Kitabdan parçaları professor Cəmil Həsənli paylaşıb. Kitab 2009-cu ildə nəşr olunub.
A.Yakovlev SSRİ-də 1985-ci ildə elan edilmiş Yenidənqurma siyasi xəttinin ideoloji lideri sayılırdı.
A.Yakovlev bu kitabındakı müsahibəsində Sumqayıt hadisələrinin DTK tərəfindən təşkil olunduğunu təsdiqləyib: “Mən o zaman buna əmin idim, indi də buna tam inanıram. Təəssüf ki, Qorbaçovu bunun kortəbii kütləvi iğtişaş deyil, təşkil olunmuş iğtişaş olduğuna inandıra bilmədim. Bu, Qorbaçovu “dişə vurmaq”, “zərb-dəsti”ni yoxlamaq üçün törədilmiş təxribat idi. O zaman mən hadisənin araşdırılması üçün müstəqil komissiyanın və məhkəmənin yaradılmasına israr elədim. Bu məhkəməyə Rusiya, Azərbaycan və Ermənistan DTK-nın buraxılmamasını tələb edirdim”.
Sabiq sovet dövlət xadiminin sözlərinə görə, SSRİ-də həmişi Kommunist partiyası və DTK-nın “ikihakimiyyətliliyi” olub: “Odur ki, hesab edirəm ki, bu baş verən hadisəni həmin cəza orqanları təşkil etmişdilər. Onlar hamıdan əvvəl başa düşdülər ki, hakimiyyət əllərindən çıxır. Anladılar ki, onlar olduqları yerə göndəriləcəklər – dövlət təhlükəsizliyinin qorunmasına”.
Yakovlev deyib ki, yenidənqurma illərində milli münaqişə ocaqlarının alovlanması önlar üçün gözlənilməz olub. “Bunu təsəvvür etmək çətin idi. Biz heç onun hayında deyildik”.
O, SSRİ Prezidenti Mixail Qorbaçovla fikir ayrılıqlarının nə üçün yaranmasında da aydınlıq gətirib. “Litvada baş verən hadisələrə qiymət verilməsində onunla razılaşmadım. Mən daha ciddi təhqiqatın aparılmasına israr ediridm. Buna görə istefaya getdim. Tam buna görə olmasa da bu əsas səbəb oldu. Digər səbəb yeni hazırlanan İttifaq Müqaviləsi ilə bağlı idi. Mən yeni ittifaqın federasiya deyil, könüllü konfedrasiya əsasında qurulmasının tərəfdarı idim. Hesab ediridm ki, fedarasiya “qatarı” artıq gedib. Bu məsələdə Qorbaçovla fikir ayrılığımız yarandı. Mən hətta müqavilənin müzakirə edildiyi “Novo –Oqoryevo” görüşlərində də iştirak etmirdim. Biliridm ki, bu növbəti baş aldatmadır”.
A.Yakovlev 1985-ci ildə Sov.İKP MK-nın təbliğat şöbəsinin rəhbəri təyin olunub. 1986-cı ildə Mərkəzi Komitənin üzvü seçilib. Mərkəzi Komitənin katibi kimi ideologiya, informasiya və mədəniyyət məsələlərinə cavabdeh olub.  1987-ci ilin iyun plenumunda Siyasi Büronun üzvü seçilib.  SSRİ Prezidentinin baş müşaviri olub. 27 iyul 1991-ci ildə bu vəzifədən istefa verib.
1995-2000-ci illərdə Rusiya sosial-demokrat partiyasının sədri olub. 2005-ci ildə vəfat edib.
Azpost.info



9-03-2023, 10:55 171

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106