“Sumqayıt”ın qanalı hücumçusu: “İspaniyanın hətta IV liqasında azarkeşlər oyunlara buradakından çox gəlirlər” - MÜSAHİBƏ


Qış transfer dönəmində “Sumqayıt”a keçən Kərim Abubakar peşəkar karyerasına 2010-cu ildə ölkəsi Qanada başlayıb.
2013-cü ildə Avropaya yollanan futbolçu həmin vaxtdan karyerasını “köhnə dünya”da davam etdirir.
28 yaşlı hücumçu 2013-2021-ci illər ərzində İspaniyanın bir neçə aşağı liqa təmsilçisində çıxış edib. Forvard 2022-ci ilin yayında “Bney Yehuda”ya üz tutsa da, orada cəmi yarım mövsüm qalıb və bu ilin yanvarında “Sumqayıt”la 6 aylıq müqavilə imzalayıb.
Bu mövsüm “gənclik şəhəri” təmsilçisinin heyətində 7 oyunda 2 qol vuran və “Turan Tovuz”la “Şamaxı” üzərində qalibiyyət gətirən topun müəllifi olan Kərim Abubakar “Report”un suallarını cavablandırıb.
- Premyer Liqanın XXV turunda “Səbail” üzərində 1:0 hesablı səfər qələbəsi qazandınız. Əvvəlcə oyunu qiymətləndirərdiniz...
- Çox çətin oyun oldu. Amma şükürlər olsun ki, qalib gəlməyi bacardıq.
- Rəqibin 63-cü dəqiqədən meydanda azlıqda qalmasının nəticəyə nə kimi təsiri oldu?
- Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Ancaq qırmızı vərəqədən sonra mübarizə bizim üçün daha da çətinləşdi. Çünki artıq qalib gəlməliydik. Yenə də sona qədər matça nəzarət etdiyimiz üçün xoşbəxtəm.
- Ardıcıl iki məğlubiyyətin ardından qalib gəldiniz. Uğursuz dönəmdən çıxdığınızı demək olar?
- İki ağır məğlubiyyətdən sonra oynamaq əzmimizi itirmədik. Nəticədə vəziyyəti dəyişməyi bacardıq. Bu performansı davam etdirsək, uğursuz günləri geridə qoyacağıq.
- Qarşıdakı iki turda “Sabah” və “Qarabağ”la qarşılaşacaqsınız. Bu matçlarda sizi nə gözlədiyini bilirsiniz?
- Biz mövsümə oyun-oyun baxırıq. İndi bütün diqqətimizi “Sabah”la görüşə yönəltmişik. Həmin qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Bütün komanda yoldaşlarım buna köklənib. Hamımız həvəsliyik.
- “Sumqayıt”a və Azərbaycana artıq uyğunlaşa bilmisiniz?
- Düşünürəm ki, komanda yoldaşlarımla bir-birimizi indi daha yaxşı tanıyırıq. Düzünü desəm, Azərbaycanda ilk dəfədir oluram və bura artıq çox xoşuma gəlir.
- Uzun müddət İspaniyada, ardından isə İsraildə oynamısınız. Azərbaycan Premyer Liqasının həmin liqalarla müqayisədə hansı mənfi və müsbət cəhətləri var?
- Bəli, 7 il İspaniyada çıxış etmişəm və orada çox şey öyrənmişəm, Həmçinin İsraili də qeyd etməliyəm. Azərbaycan futbolu çox yaxşı inkişaf edir. Bunu daha da yaxşılaşdıracaq tək şey azarkeşlərin sevimli komandalarını dəstəkləmək üçün stadiona getmələridir. Çünki İspaniyanın hətta IV liqasında azarkeşlər oyunlara buradakından çox gəlirlər. Bu amil matçı daha da maraqlı edir.
- Ümumiyyətlə, Azərbaycandan təklif gələndə burada çıxış edən hansısa həmyerlinizlə məsləhətləşdiniz?
- Əvvəllər “Sumqayıt”da oynamış bir neçə tanış futbolçu ilə, həmçinin, “Qarabağ”da oynamış dostum Kvabena Ovusu ilə məsləhətləşmişdim.
- “Sumqayıt” variantı yarananda Azərbaycan futbolu ilə bağlı hansı məlumata malik idiniz?
- Mən açıq fikirli insanam. Dostlarımla məsləhətləşdikdən və Azərbaycanın İslam ölkəsi olduğunu öyrəndikdən sonra bura gəlişim asanlaşdı.
- Əcnəbi futbolçular adətən buradakı mətbəxdən razılıq, tıxacdan narazılıq bildirirlər. Sizin diqqətinizi nə çəkib?
- Sevindirici haldır ki, Sumqayıtda tıxac yoxdur. Bu baxımdan hər şey yaxşıdır. Stadiondan məscidi görmək də çox xoşdur.
- “Sumqayıt”la müqaviləniz mövsümün sonuna qədərdir. Klubdan yeni müqavilə təklifi almısınız? Ümumiyyətlə, növbəti mövsümlə bağlı planlarınız nələrdir?
- Hələ yeni müqavilə təklifi almamışam. Müntəzəm çıxış edirəm, yəqin ki, bütün bunlar nəzərə alınacaq. Gələn mövsümlə bağlı hələ heç nə düşünmürəm. Diqqətimi yüz faiz cari mövsümü çox yaxşı başa vurmağa və “Sumqayıt”ın elitada qalmasına kömək etməyə cəmləmişəm.


10-03-2023, 12:24 185

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106