Ata Sumqayıtda fiziki məhdudiyyətli övladına işgəncə verdi, ana şikayət etdi



Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində oğlu Əlini (adlar şərti verilib - red.) döyüb, arvadı Vüsaləni isə öldürməklə hədələyib.


Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində 13-cü mikrorayonda baş verib.


Vaqifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.


İş üzrə izahat verən Vaqif bildirib ki, Vüsalə onun həyat yoldaşı olub və birgə nikahdan 3 övladları var: “Nikah pozulduqdan sonra 15 yaşlı oğlum Vüsal və 10 yaşlı oğlum Əlini götürərək anama məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə yaşamağa başladıq. Təxminən 1 il 6 ay əvvəl həmin evdən çıxdım və bağ evində ata yurdunda anamın yanında yaşamağa başladım”.

Vaqif deyib ki, Vüsalə ondan aliment tələb edib:


“Həmin alimenti verə bilmədim və borc yığılaraq 13 000 manat oldu. Təxminən 7 gün əvvəl həmin pulu Vüsaləyə verdim. Eyni zamanda məhkəmə mənim iki övladıma 20000 manat kompensasiya verməyim öhdəsini qoydu. Mən də Vüsaləyə qaldığı evi sataraq pulu verəcəyimi dedim. Vüsalə isə həmin evin açarlarını dəyişdi və məni evə buraxmayaraq evin satılmasına problem yaratdı”.


Vaqif deyib ki, təxminən 4 gün əvvəl anası ilə birlikdə Vüsalənin yaşadığı evi satmaq üçün həmin ünvana gəliblər:


“Biz mənzilə daxil olduq və mənzilin bir otağında yaşamağa başladıq. Hadisə günü, saat 11:00-da oğlum Əli anamla mənim olduğum otağa daxil oldu və anamın əlindən televizor pultunu almaq istədi. Mən də ona - “yaşlı adamdır, icazə ver nənən televizora baxsın”, - dedim. Oğlum mənim və anamın ünvanına nalayiq ifadələr və söyüşlər söydü. Anası ilə birgə mənim anamın üzərinə gəldilər. Mən də onların arasına girərək anamı qorumağa çalışdım.


Onları otaqdan çıxardım, qapını bağladım. Onlar təpiklə otağın qapısına vurdular, sonra mətbəxə keçdilər. Keçmiş həyat yoldaşım mətbəxdə oğlumun sinəsini cırmaqladı və polis əməkdaşları gələndə onu mənim döydüyümü deməyi tapşırdı. Bildirmək istəyirəm ki, oğlumu vurmamışam və ona heç bir xəsarət yetirməmişəm”.


İş üzrə izahat verən zərərçəkmiş Əlinin qanuni nümayəndəsi və anası Vüsalənin sözlərinə görə, 2 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzilində yaşayır:


“Vaqiflə aramda olan nikah pozulub. Oğlum Əli 3-cü dərəcəli qulaq karlığı və toyuq korluğu xəstəsidir. Digər oğlum da gözdən əlildir. Vaqifdən boşandıqdan sonra hazırda yaşadığım həmin evdə uşaqlarımla bir yerdə yaşamağa başlamışam. Vaqif isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası ilə bir yerdə yaşamağa başlayıb. Vaqifdən boşandıqdan sonra ondan aliment tələb etdim. Lakin alimenti vermədi və 13000 manat aliment borcu yarandı”.


Vüsalə bildirib ki, təxminən 7 gün əvvəl həmin məbləği Vaqifdən alıb:


“Bir neçə gün sonra Vaqif anasını da götürərək yaşadığım evə gəldi və bir otağı zəbt edərək orada yaşamağa başladılar. Elə həmin gündən demək olar ki, hər gün aramızda mübahisə olub. Vaqif və anası məni, himayəmdə olan eşitmə və görmə məhdudiyyəti olan uşağıma qarşı şiddət göstəriblər”.


Vüsalənin ifadəsinə görə, hadisə günü saat 11:00-da oğlu Əli ilə evdə olanda Vaqif və anası da evin böyük otağında oturaraq televizora baxıblar:


“Bu zaman oğlum da televizora baxmaq istədi. Lakin bizim otağımızda olan televizoru Vaqif zal otağında olan televizorun arxasından antendən çıxarmışdı. Ona görə oğlum Vaqif və anasının olduğu otağa daxil olaraq öz otağımızda olan televizoru qoşmaq istədi. Vaqif əli ilə oğlumun boynundan və sinəsindən tutaraq divara sıxdı. Sonra da döydü. Oğlumu onun əlindən aldım və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etdim”.


Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Vaqif 500 manat miqdarında cərimə olunub.



11-03-2023, 09:52 363

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106