Sumqayıtın yetirmələri bu il Azərbaycanı "Eurovision"da təmsil edəcək-MÜSAHİBƏ


Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovların Lent.az-a müsahibəsi
-    Tural və Turan, oxşarlığınız və musiqi bacarığınızla demək olar ki, hər kəsi təəccübləndirmisiniz. Maraqlıdır, musiqi təhsiliniz varmı? 
-    2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq və heç bir musiqi məktəbinə getməmişik. Vokal sənəti üzrə Sumqayıt Musiqi Kollecində təhsil almışıq. Xarici dili seriallara, kinolara baxaraq, öyrənmişik. Bundan başqa, bir neçə məşhur “Talk show” proqramları izləyərək, ingilis dilini mənimsəmişik. 
-    Məlumatıma görə, ata və qardaşlarınızı bədbəxt qəza nəticəsində itirmisiniz. Bununla bağlı həyatınızda hansı çətinliklərlə qarşılaşmısınız?
-    Atamızı və özümüzdən böyük iki qardaşımızı itirməyimiz həqiqətən də yaşadığımız ən böyük çətinlik olub. Təbii ki, maddi sıxıntılar çəksək də, həmişə öz ayaqlarımız üzərində dayanmağa çalışmışıq. Bundan əlavə, Turan iki il hərbi xidmətdə olub. Biz həmişə bir yerdə olduğumuz üçün bu müddət ərzində çətinlik çəkdik. Yaşadığımız çətinliklərə baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, irəli gedəcəyik. Çünki bütün bunlar insanı zəiflətməməlidir. Əksinə biz gücləndik və özümüzü sübut etdik. 
-    Deyirlər ki, əkizlər o qədər fərqli auraya sahibdir ki, elə bil Zaqatalada deyil, Avropada dünyaya gəliblər. Zaqatala sizin üçün nə ifadə edir?
-    Zaqatalaya getdiyimiz zaman ruhumuz dincəlir. Oranın yeməkləri, təbiəti və evimiz bizim üçün vazkeçilməzdir. Zaqatalanı sevirik. 

-    Bəs çatmaq istədiyiniz, ən çox xəyalını qurduğunuz nədir? 
-    Əfsanəyə çevrilmək istəyirik. Gələcəkdə geriyə dönüb baxdığımız zaman yüzlərlə mahnı və albomumuzun olduğunu, qlobal musiqi sahəsində olmaq istəyirik. Əsas bu məqama çatmaq istəyirik. Daim yolda olmaq, dünya turuna çıxmaq arzumuzdur. Ən çox xəyalını qurduğumuz hadisə isə bir çox musiqiçilər kimi “Grammy” səhnəsinə çıxmaqdır. 
-    Ölkəmizi təmsil edəcəyinizi öyrəndiyiniz an nələr yaşadınız? Sevincinizi ilk kiminlə bölüşdünüz?
-    Açığı heç kəsə zəng etmədik. Nəticə açıqlandıqdan beş dəqiqə sonra hər kəs artıq bilirdi ki, biz seçilmişik. Həmin an nə hiss etdiyimizi ancaq yaşayan bilər. Əvvəl başa düşmürdük, şokda idik. Bu hadisəyə necə reaksiya verəcəyimizi anlamırdıq. Çox fərqli bir hissdir. İndi anlayırıq ki, bu, realdır və mahnımızı bütün dünya dinləyir. Bundan başqa, bizi artıq tanıyırlar. Bunun üçün çox minnətdar və xoşbəxtik. 
-    Azərbaycanlı ifaçılardan kimləri dinləyirsiniz?
-    Ən çox dinlədiyimiz “Rast” və “No land” qrupları, Rasim Müzəffərlidir. 
-    Bu il keçiriləcək “Eurovision 2023”-dən gözləntiləriniz nələrdir? Favoritləriniz kimlərdir?
-    İlk olaraq deyə bilərik ki, finala kimi gedəcəyik. Hətta finalda ilk onluğun içərisində olacağıq. Bu müsabiqəyə öz mahnımızla qatılırıq. Gəlin, bununla fəxr edək və dəstək olaq. Bütün dünyaya sübut edirik ki, Azərbaycanın heç kimdən mahnı almağa ehtiyacı yoxdur. İnsanların bizə inanmağını istəyirik. Siz inanın və dəstəkləyin ki, biz də var gücümüzlə işləyək. Dünyaya Azərbaycanın nə qədər yaradıcı ruhlu, istedadlı insanlarının olmasını sübut edəcəyik. 
Favoritlərimizə gəlincə isə bunlar Malta, İslandiya və İrlandiyanın təmsilçiləridir. 

 

15-03-2023, 14:09 330

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106