Sumqayıt Nəqliyyat MMC rəhbərliyinin göbəyi əvəzinə, vicdanlarını kəsiblər -FOTO

Azərbaycanda əksər dövlət strukturları demək olar ki, fəaliyyətini dondurub. Ölkədə elə bir şəhər, yaxud rayon  yoxdur ki,  orada vətəndaş şikayəti  olmasın. Dövlət idarçiliyində isə  əsasən, İcra Hakimiyyəti və ona tabe olan qurumlar şikayət yarışına "liderlik" edir. O cümlədən,  Sumqayıt  "maşallah olsun"   digər şəhər və rayonlarımız arasında  "mükafat"ı əlindən vermir. 
Sumqayıt Nəqliyyat sektorundan redaksiyamıza yenidən şikayət daxil olub. Belə ki, Stansiya Sumqayıt sakini, Qarabağ qazisi Həsən Yaqubovun bildirdiyinə görə, qəsəbədə avtobus problemi var. "Əvvəllər Sumqayıt-Stansiya Sumqayıt xətti üzrə işləyən 12A saylı marşurut xəttində əgər 5  avtobus işləyirdisə, indi bu say 3-ə endirilib. Bu da İnterval məsafəsi uzun olduğundan müəyyən problemlərin meydana çıxmasına səbəb olur. Hər gün avtobuslarda sıxlıq yaranır. İnsnalar bu mənzərədən əziyyət çəkir.  Üzləşdiyimiz problemin həlli ilə bağlı aidiyyatı qurumlara, o cümlədən İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də məsələnin həlli ilə maraqlanan yoxdur"-deyə vətəndaş öz etirazını bildirib.
Qeyd edək ki, Sumqayit.tv olaraq şəhərdəki nəqliyyat problemləri ilə bağlı dəfələrlə yazsaq da nəticəsi olmayıb. Bu dəfə də məsələyə aydınlıq gətirmək üçün sözügedən qurumla əlaqə saxlamağa çalışdıq. Lakin səylərimiz nəticəsiz qaldı. Qurumuş ağacın közünü alovdan çixarmaq mümkün olmadığı kimi, bu sahənin səlahiyyətlilərini tapmaq, ortalığa çıxardıb münasibət öyrənmək və yerindən tərpətmək də mümkün deyil.

Ümumiyyətlə, şəhərin Nəqliyyat məsələsində heç vaxt bəxti gətirməyib. Şəhər sakinləri bu sahədən hər zaman, həm də bütün marşurut xəttlərindən əziyyət çəkib. Bir neçə il öncə  sözugedə departamentin başinda Xannı Rüstəmov adlı bir şəxs var idi. Şəhər nəqliyyat strukturunu bərbad günə qoymuşdu. Nuh deyib, peyğəmbər demirdi. "Mən nə deyirəm o olmalıdır" prinsipi ilə işləyirdi. Adam biraz da yekəpər idi. Boksçulara oxşadığından işçiləri də ondan qorxurmuş. Sonradan mətbuatın yazdığına görə departamentin pularını götürüb aradın çıxibmış. Bir sözlə o tutduğu postdan getdikdən sonra şəhər sakinlərinin ümid işığı biraz artdı ki, bəlkə işin başına dünyaya gələrkən "vicdanı yox, göbəyi kəsilən" bir kiməsə gətirilər,  inanlar heç olmasa bu sahədə biraz rahatlıq tapar. Amma dəyişən heç nə olmadı. Əksinə Xannıdan sonra kim gəldisə nəqliyyat sahəsində ən müxtəlif istiqamətlərdə, vəziyyət, pisliyə doğru dəyişdi.  O cümlədən avtobusların saatlarla gözlənilməsi, sürucü mədəniyyəti, marşrutların təhlükəli hərəkəti və s.istiqamətlərdə vəziyyət ürəkaçan olmadı.
Hələ  arada kart sisteminə də keçdilər. Duz də etmisdilər. Axı 21-ci əsrdi. Dünya inkişaf edir, texnologiyalar inqilab dövrünü yaşayır,  Sumqayıtda niyə olmasın demişdik ki, birdən nə "barmaq" etdilərsə  sistem qısa müddətdə çokdü. Dedilər Türkiyədən yenidən aparatlar sifariş ediblər. İki ildir hələ də  kassa aparatları yol gəlir.
Kassa aparatını başa düşdük. "Yol uzaqdır, Türkiyədən bir məhsulu sifariş edib gətirmək üçün illər, bizim kimi məmurları olan ölkələrə bəlkə də qərinələr lazımdır". Stansiya Sumqayıta gedən marşurut sayını da artırmaq  olmaz? Axı orada yaşayan insanaların əksəriyyəti şəhid, qazı və köçkün ailələridir. Bu insanlar onsuzda kifayət qədər yaralı və kövrəkdirlər. Azərbaycanın bükülmüş belini dikəldən şəhid və qazilər öz canları və qanları ilə bu müqəddəs vətəni ona görə müdafiə etmədilər ki, hansısa bivec məmurlar yumuşaq kreslolarda oturub onların ailələrinin rahatlıqlarını pozsunlar. Onların xidmətinə sınıq- salsaq avtobus versinlər.  Budur şəhid və qazi ailələrinə göstərilən diqqət qayğı cənab Sumqayıt Nəqliyyat Departamentinin rəhbərliyi?
Bu idarənin başinda duranlar dərk etmirlər ki,  fotoda göstərilən sıxlıq inanaların rahatlığının pozulması ilə yanaşı həm də onların sağlamlığı üçün bir başa ciddi təhlükə yaradır. Belə ki,  son zamanlar onsuzda koronavirus xəstəliyi üzrə  yenidən artma tempi müşahidə olunur. Yoluxma sayının artmasının əsas səbəblərindən biri də heç şubhəsiz ki, ictimai nəqliyyatdakı sıxlıqla bağlidir. Belə olduğu təqdirdə Sumqayıt nəqliyyatına məsul olan şəxsləri heç cürə anlamaq olmur. Anlaşılan bir məsələ var ki, o da bu qurumun düzəlməsi üçün dövlət baba hüququn daha sərt mübarizə üsullarını işə salmalıdır. Ki,  bu sektorun rəhbərliyində olanlar özlərini ağa yox,  qulluqçu saysınlar.


Müəllif: Sumqayit.tv


10-04-2023, 14:14 231

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106