"Mənə nalayiq ifadələr işlətdi” — Məhkəmə işi…

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Əsəd ailə münaqişəsi zəminində həyat yoldaşı Zəminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Sumqayit.tv
xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2011-ci il tarixdə Zəminə ilə rəsmi olaraq evləniblər və onların birgə nigahdan 5 övladları var: 

“Hadisə günü, təxminən saat 14.00-da yaşadığım mənzilə sərxoş vəziyyətdə gəldim. Evdə olduğu zaman arvadım məni nalayiq ifadələr işlədərək spirtli içki qəbul etməməyimi bildirdi. Aramızda mübahisə baş verdi. Həmin mübahisə zamanı əsəbiləşərək həyat yoldaşımın üstünə getdim. Yumruqla onun başından və qolundan bir neçə zərbə vuraraq xəsarət yetirdim. Sonra evdən çıxaraq getdim”. 
Əsəd ifadəsində törətdiyi əməldən peşman olduğunu deyib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, Əsəd tez-tez spirtli içki qəbul etməsi səbəbindən aralarında mübahisələri olub. 

O deyib ki, Hadisə baş verən günü, saat 14.00-da Əsəd yaşadıqları ünvanda spirtli içki qəbul edərək onunla mübahisə etməyə başlayıb. 

Zəminənin ifadəsinə görə, Əsəd onun üstünə gələrək əli ilə başından və qollarından vuraraq onu döyüb: 

“Bu zaman Əsədin haqqında polisə şikayət edəcəyimi bildirdim. Əsəd qolumdan tutaraq geriyə itələdi və evdən getdi. Mən hadisə gününün sabahısı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əsəd 240 saat ictimai işlər cəzasına məhkum edilib.

18-04-2023, 10:14 160

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106