Sumqayıtın polis rəisi 90 yaşlı həmkarını təbrik və ziyarət edib-FOTOLAR


Polis veteranı Əli Məlikovun 90 yaşının tamam olması münasibətilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, şəxsi heyətlə iş üzrə böyük köməkçi, polis polkovnik-leytenantı Eldəniz Həsənov, Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şamxal Əliyev, veteranlar şurasının sədri Rostevan Əliyev, eləcə də idarənin əməkdaşları yubilyarı ziyarət edib, maddi və mənəvi dəstək göstəriblər.
Sumqayit.tv
xəbər verir ki, polis polkovniki F.Azadəliyev 90 illik yubileyi münasibətilə Ə.Məlikovu təbrik edib, möhkəm cansağlığı arzulayıb. İdarə rəisi bu gün daxili işlər orqanlarının xidməti fəaliyyətinin təşkilində, cinayətkarlıqla mübarizədə, gənclərin maarifləndirilməsində, eləcə də vətənpərvər ruhda tərbiyə olunmasında veteranların zəngin təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb. 
Sonra asayiş keşikçiləri üzərində polis straşınası uniformasında şəkili həkk olunmuş, xüsusi əl işi olan xalçanı yubilyara təqdim ediblər. 
Görüşdən təsirləndiyini dilə gətirən veteran sabitliyin, əmin-amanlığın qorunması üçün gecəli-gündüzlü xidmət aparan polisin ictimai asayişin keşiyində mətin dayandığını, hüquqazidd əməllərin, cinayətkar qəsdlərin qarşısını qətiyyətlə aldığını görəndə fərəh hissi keçirdiyini qeyd edib:
“Bu gün qalib ölkə kimi dünyanın diqqət mərkəzindəyik. Ölkəmizi ziyarət edənlərin sayı gündən-günə çoxalır. Bura gələnlər yaxşı bilirlər ki, vətəndaşlarımız kimi onların da təhlükəsizliyi etibarlı şəkildə qorunacaq”.
Sonda yubilyar ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü də ifadə edib. 
Yeri gəlmişkən, milis starşınası Əli Məlikov 1956-cı ilin mart ayından 1983-cü ilin dekabr ayına qədər daxili işlər orqanlarında xidmət keçib. Xidmət müddətində 10, 15, 20 və 25 il nümunəvi xidmət, əmək veteranı və bir çox orden, medallarla, həmçinin “Milis əlaçı” döş nişanı ilə təltif olunub. /Modern.az/





3-05-2023, 07:00 1 383

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106