Sumqayıtda qayınana gəlininə xəsarət yetirdi —TƏFƏRRÜAT

Sumqayit.tv xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Xəzər bağlarında baş verib. Nazilə gəlini Günel ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı Nazilə gəlinini döyərək ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Hadisəni törədən Nazilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Günel onun doğma bacısı Fatmanın qızıdır. T

əqsirləndirilən şəxsin sözlərinə görə, Günel onun oğlu Nasirin rəsmi nikahda olan həyat yoldaşıdır:

“Onların bu evliliyindən 2018-ci il təvəllüdlü qızı və 2020-ci il təvəllüdlü oğlu dünyaya gəlib. Təxminən 3 aya yaxın müddətdir Günel 166 təmizlik şirkətində çalışır. Səhər saat 06.30-da evdən çıxır, axşam saat 21.00-da evə gəlir. Evə gəldikdən sonra Günel uşaqları ilə çox maraqlanmır. Günel işləyə-işləyə onun yol pulunu mən verirəm”. Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü, saat 22.00-evdə Günel oğlu ilə birlikdə yemək yeyiblər: “Bu zaman qızı ondan kartof istədi. Mən onlara kartofu yeyib bitirmələrini dedim. Günel həmin vaxt Nasirə “anava denən mənə söz atmasın” deyə bildirdi. Mən də bunu eşitdim. Günelə dedim ki, niyə söz atıram, yeməyini bişirirəm, hər şeyini edirəm. Bundan sonra aramızda mübahisə başladı. Günel nalayiq sözlər işlətməyə başladı. 2 ilə yaxın müddətdir ki, aramızda mübahisələr baş verirdi. Mübahisə vaxtı Günel yüksək səslə danışdı. Ona sakit olmasını dedim. Lakin məni dinləmədi. Həmin vaxt Günelin ağzından tutdum ki, sakit olsun. Üzünə bır şillə zərbəsi vurdum, dırnağım onun sol burun nahiyyəsini cızdı. Daha sonra Nasir bizi ayırdı. Bu zaman Günel evdən çıxaraq getdi”.

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, Sumqayıt şəhəri, Xəzər bağlarında kirayə yaşayırlar, ailə həyatı qurduqdan sonra aralarında tez-tez mübahisələr olub, qayınanası evdə olarkən ona müxtəlif sözlər atıb. Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 21.00-da yaşadığı evə gəlib, təxminən saat 22.00-da oğlu ilə birlikdə şam yeməyi yeyən zaman qayınanası ona söz atıb və onların arasında mübahisə yaranıb:

“Bu zaman Nazilə üzərimə hücum etdi, saçımdan tutaraq yolmağa başladı. Hər iki üz nahiyəmə şillə ilə yumruq zərbələri endirdi və əli ilə burnumu cızdı”. Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nazilənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

6-09-2023, 13:45 192

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106