Həkimdən Paşayeva ilə bağlı açıqlama: Koma səbəbi…


Koma - gedən proseslər nəticəsində müxtəlif maddələrlə orqanizmin daxili zəhərlənməsi və sinir sisteminin, beyin qabığının zədələnməsidir. Bu zaman insanın huşu gedir. Koma qan təzyiqinin aşağı olması, böyrək funksiyasının pozulması, orqanizmdə gedən müxtəlif ağır proseslər, xərçəng, müxtəlif dərman preparatları, psixatrop dərmanların artıq dozları və bu kimi çoxsaylı səbəblərdən ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Adil Qeybulla bildirib ki, hər bir koma vəziyyətində proqnoz fərqlidir:
“Komanın da orqanizmin reflekslərinin nə dərəcədə saxlanmasından asılı olaraq dərəcələri var. Dərin komada reflekslər tam itə bilir. Həmçinin, proqnoz xəstəliyin gedişindən də asılı olur. Ola bilər ki, xəstə komaya girsin və sonra vəziyyəti getdikcə ağırlaşsın. Yaxud əksinə, komadan tez bir zamanda ayılsın. Bu, əsasən, qaraciyər mənşəli komalarda müşahidə olunur və xəstələr düzgün müalicə alarsa, bu vəziyyətdən çıxa bilirlər. Lakin elə situasiyalar var ki, xəstəni komadan çıxarmaq tibbin əlində deyil. Xəstənin ayılması onu komaya salan maddənin aşırı dozası, orqanizmdə gedən prosesin dərinliyi kimi hallardan asılıdır. Komaya düşən xəstə bir neçə günə, yaxud 1 ilə də ayıla bilər. Belə ki, bu, orqanizmin özünü bərpasından və beyin qabığının bu məsələyə nə dərəcədə reaksiya verməsindən asılıdır”.
O əlavə edib ki, insanların komaya düşməsi ağır iş rejimindən irəli gəlmir, bu halda yalnız ürəkkeçmələr, kollaptoid vəziyyətlər ola bilər.
A.Qeybulla millət vəkili Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı da danışıb:
“Qənirə xanımı müayinə etmədiyimə görə bu barədə dəqiq fikir deməyim çətindir. Ancaq onun evdə belə ağır vəziyyətdə komaya düşməsi göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Neçə gündür hər cür yüksək ixtisaslı həkimlər onun səhhətini diqqətdə saxlayırlar. Həmçinin, dövlət səviyyəsində hər cür yardımlar göstərilir. Buna baxmayaraq, səhhətində hələlik irəliləyişin olmaması vəziyyətin ciddi olduğunu bir daha təsdiqləyir. Bütün halda Qənirə xanıma şəfa diləyirəm.
Qənirə xanımın komadaykən müalicəsinin davam etdirilməsi onun ayılma ehtimalının həmişə olduğunu göstərir. Müalicənin əsas hədəfi də məhz komadan tez bir zamanda mümkün qədər itkilərsiz ayılmasıdır. Amma bunun nə dərəcədə nəticə verəcəyi onu komaya salan səbəbdən və həmin müddət beyin qapağının nə dərəcədə əziyyət çəkməsindən asılıdır”.

26-09-2023, 18:27 232

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106