Sumqayıtlı müəllimlərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

muellimlerin-olumune-sebeb-olan-surucuye-hokm-oxundu


Bu ilin 17 fevral tarixində Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törətmiş sürücüyə hökm oxunub.
Sumqayit.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Beşdam kəndində idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin “Opel” markalı avtomobillə toqquşması nəticəsində ağır qəzaya səbəb olan 39 yaşlı Vüqar Abdullayev Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Abdullayev bildirib ki, hadisə qarlı-şaxtalı hava şəraitində avtomobilin sürüşməsi nəticəsində baş verib.
Məhkəmənin hökmü ilə V.Abdullayevə 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə nəticəsində V.Abdullayevin sərnişinlərindən Siyəzən rayon Məşrif kənd tam orta məktəbinin müəllimləri 35 yaşlı Aygün İsmayılova və 39 yaşlı Aygün Vəliyeva vəfat edib. Həmçinin digər avtomobilin sürücüsünün anası Qənimət Hümbətova dünyasını dəyişib.
“Mercedes Vito”da olan daha 5 müəllim, eləcə də sürücülər müxtəlif dərəcəli xəsarətlər alıb.
O da məlum olub ki, hadisə vaxtı qəzaya düşən müəllimlər Sumqayıt şəhər sakinləridir. Onlar həftədə 2 dəfə Vüqar Abdullayevin avtomobili ilə Siyəzənə dərsə gedirmiş.




9-10-2023, 15:40 211

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106