Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb

Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edib, İcma rəhbərliyi və Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüş keçirib.
Sumqayit.tv xəbər verir ki, İcmanın Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və digər rəhbər şəxslərlə keçirilən görüş zamanı azərbaycanlıların Ermənistandan zorla qovulması barədə geniş məlumat verilib, bu insan hüquqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin təcili tədbir görməli olduğu vurğulanıb.
İcma nümayəndələri Ermənistanın oradan azərbaycanlıları qovmaqla və onların geri qayıtmasına əngəl törətməklə beynəlxalq hüququ, o cümlədən Avropa Şurasının İnsan hüquqları konvensiyalarını kobud şəkildə pozduğunu diqqətə çatdırıblar. Bu baxımdan Avropa Şurasının Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçilərinin və İnsan hüquqları komissarının məsələ ilə məşğul olmalarına böyük zərurət yarandığı qeyd edilib, qayıdış hüququ məsələsində etnik əsasda ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanıb.
İcma nümayəndələri bildiriblər ki, Qərbi Azərbaycan İcması məsələnin sülh və ədalətli həlli üçün Ermənistan hökuməti ilə dialoqa hazırdır. İcma xanım Miyatoviçi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə, o cümlədən baş vermiş pozuntularla bağlı qərəzsiz araşdırma aparmağa, Ermənistana tematik səfərlər təşkil etməyə və bu dövlətə təzyiq göstərməyə çağırıb.
Daha sonra Miyatoviç Ermənistandan olan bir qrup azərbaycanlı qaçqın ilə görüş keçirib. Qaçqınlar Ermənistandan zorla çıxarılma ilə bağlı xatirələrini bölüşüb, orada azərbaycanlılara məxsus qəbiristanlıqların, tarixi abidələrin dağıdılması, deportasiya zamanı 200-dən artıq azərbaycanlının öldürülməsi kimi faktları diqqətə çatdırıblar. Vedi rayonundan olan professor Gülçöhrə Məmmədova, Böyük Qarakilsədən olan Əli Eyvazov və digərləri azərbaycanlılara qarşı törədilmiş müsibətlər haqqında ətraflı məlumat veriblər.
Basarkeçər rayonundan olan İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlılar 35 ildir qayıdışı gözləyirlər. Vətənsiz keçən hər bir günün qaçqınların iztirablarını daha da artırdığını qeyd edən natiq Ermənistandan azərbaycanlıların qovulmasının üstündən xeyli vaxt keçib deyərək, bu məsələni ikinci plana keçirməyin qəbuledilməz olduğunu vurğulayıb.
Xanım Miyatoviç qaçqınların, o cümlədən Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun əhəmiyyətini başa düşdüyünü qeyd edərək, bu məsələnin həllinin siyasi iradə tələb etdiyini bildirib. O, öz mandatı və regiona səfərinin məqsədləri barədə məlumat verib. Həmçinin qaldırılan məsələlərlə öz səlahiyyətləri çərçivəsində məşğul olacağını qeyd edib.
Foto
Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşübDunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşübDunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşübDunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşübDunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşübDunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb

23-10-2023, 18:11 251

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106