QAİ Sumqayıt nümayəndəliyi şəhid övladlarını sevindirdi-FOTOLAR

Bu gün Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin məktəbli övladları üçün tədbir keçirib. 
Sumqayit.tv
xəbər verir ki, şəhərimizdə yerləşən “Fun World” əyləncə mərkəzində şəhid övladlarının istirahəti üçün nəzərdə tutulan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın himni səsləndirilib. Daha sonra  QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov giriş nitqi söyləyərək, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbirə qatılan şəhid ailələrinin diqqətinə çatdırıb. R.İsmayılov çıxışı zamanı bildirib ki, “Azərbaycan dövlətinin dünya ölkələri qarşısında  qalib statusuna yüksəlməsində məhz bu körpə balalarımızın igid atalarının haqqı danılmazdır. Onlar öz şücaətləri ilə dünya hərb tarixində görünməmiş dastan yazaraq 30 illik məğlub damğasını ölkəmizin və xalqımızın üzərindən götürən qəhrəmanlara çevrildilər. Ona görə də biz heç vaxt nə şəhidlərimizi, nə də onların müqəddəs əmanətlərini - yəni sizləri, unutmamalıyıq. Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin şəhid və qazi ailələrinə göstərilən qayğıdan əlavə, hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən təşkilat və qurumlarla yanaşı, hər bir şəxs sizləri diqqətdə saxlalmalıdır. Çünki, siz alnımızın ləkəsini silən, belimizi dikəldən Azərbaycanın qeyrət simvolları sayılan oğullarımızın əmanətisiniz”. 
R.İsmayılov şəhid övladları üçün gətirdikləri hədiyyələri körpə balalarımıza təqdim edərək, onlara can sağlığı, gözəl həyat yolu arzuladıqdan sonra tədbirin ikinci, bədii hissəsinə start verildi. 
Qeyd edək ki, tədbir Qərbi Azərbaycan İcmasının üzvü, iş adamı Nizami İsgəndərovun dəstəyi ilə baş tutub.

Müəllif: Sumqayit.tv















28-10-2023, 18:18 543

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106