Sumqayıtda Bərpa xəstəxanasının bərpaya ehtiyacı var-FOTO/VİDEO

Divarlarında iri çatlar əmələ gəlib, bəzi yerlərdə uçqunlar olub, pencərə şüşələri sındığından taxta parçalarla bərkidilib, əyaqyolusu isə heç daxil olası deyil. 

"Den.az" xəbər verir ki, görüntülər Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Bərpa xəstəxanası kimi tanınan  4 saylı Şəhər Xəstəxanası və 2 saylı Ailə Sağlamlıq Mərkəzindəndir.
Görüntülərdən də aydın olur ki, pərpa xəstəxanasının həqiqətən pərpaya ehtiyacı var. Bunu həmin xəstəxana gələn sakinlərdə təsdiq edir. Onların sözlərinə görə, mövcud məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin direktoru Səkinə Sadıxovaya dəfələrlə müraciət etmələrinə baxmayaraq, onların şikayətinə baxan olmayıb. 
2 saylı Ailə Sağlamlıq Mərkəzi isə ciddi təhlükə ilə üz üzə qalıb. Bir hissəsində uçqun baş verməsinə baxmayaraq müəssisə hələdə fəaliyyətdədir. Baxmayaraq ki, ərazi təhlükəsizlik baxımından mühafizə olunub. 
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, problemdən xəbərləri var. Qənaətbəxş vəziyyətdə olmayan tibb müəssisələrində mövcud olan çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması prosesi həyata keçirilir.Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanası  sözügedən binada 1984-cü ildən fəaliyyət göstərir. Ötən müddət ərzində binada  cari təmir işləri aparılıb. 1993-cü ildən binanın 1 və 4-cü mərtəbələrində 21 ailə olmaqla 81 nəfər məcburi köçkün (hazırda keçmiş məcburi köçkün) məskunlaşıb.  Həmin ailələr işğaldan azad olunmuş torpaqlara qayıtdıqdan sonra binada geniş şəkildə təmir-bərpa işləri aparılacaq. Hazırda xəstəxana fəaliyyətini davam etdirir və vətəndaşlara xidmət göstərir. 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin və 4 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin fəaliyyət göstərdiyi binada çökmə hadisəsi isə qeydə alınmayıb. Bərpa işlərinin görülməsi məqsədilə binanın eyvanlarından birinin döşəməsinin bir hissəsi sökülüb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və xüsusi mühafizə zolağı yaradılıb.
Məlumat üçün bildirək ki, sözügedən bina qəzalı vəziyyətdədir. Beşmərtəbəli binanın əsaslı təmiri ilə əlaqədar artıq layihə-smeta sənədləri hazırlanıb. Binanın rekonstruksiya olunması nəzərdə tutulub.-deyə adı çəkilən qurumdan bildirilib.























 

11-11-2023, 09:30 1 311

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106