Sumqayıt nümayəndəliyi özünün gənclər qolunu yaratdı-FOTOLAR

Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyi gənclər qolunu təsis edib. 
İcmanın Sumqayıt şəhər nümayəndəliyindən Sumqayit.tv-yə verilən məlumata görə, toplantıya  müxtəlif sahələrdə çalışan, ölkənin ictimai-mədəni sferasında fəal rol oynayan əslən Qərbi Azərbaycandan olan gənclər dəvət edilib.
Yığıncağı giriş sözü ilə açan QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov  gənclərə dəvəti qəbul edib gəldikləri üçün öz minnətdarlığını bildirib və Qərbi Azərbaycana İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərlinin salamını  çatdırıb. 
İcmanın məramından və bu işdə gənclərin rolunun əhəmiyyətindən danışan R.İsmayılov bildirib ki, "Qayıdış Konsepsiyası" günümüzdə Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən birinə çevrilib. "Bu işdə isə xüsusən Qərbi Azərbaycan əsilli gənclərin fəallıq göstərib, prosesin önündə getməsi vacibdir. Ona görə də Sumqayıt şəhər nümayəndəliyi olaraq biz də Gənclər Birliyimizi yaratmaq qərarına gəldik", - deyə R.İsmayılov qeyd edib. O, yeni yaradılan strukturun fəallığının artırılması və genişləndirilməsi üçün Cəfərov Elman Telman oğlunu QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin sədri, Almuradlı Kamal Rövşən oğlunu isə sədr müavini olaraq gənclərə təqdim edib. 
Göstərilən etimada görə minnətdarlığını bildirən Elman Telmanoğlu, keçdiyi həyat yolu haqqında tədbirə qatılanlara məlumat verib. Bu işin məsuliyyətli, şərəfli eyni zamanda 
prinsipiallığının fərqində olduğunu toplantı iştirakçılarının nəzərinə çatdıran E.Telmanoğlu üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Daha sonra özü haqqında məlumat verən K.Almuradlı, ona həvalə olunan işin sürətləndirilməsi üçün potensialını maksimum nümayiş etdirəcəyini və göstərilən etimadı doğruldacağını vurğulayıb.  
Hər iki şəxsin nitqi dinlənildikdən sonra görüşə qatılan bir neçə gənc çıxış edərək, öz doğma ata-baba yurdlarına qayıtmaları üçün istər real həyatda, istərsə də virtual aləmdə tam gücləri ilə bu işin təbliğatçısı olacaqlarını dilə gətiriblər. 
Toplantıya qatılan QAİ Sumqayıt şəhər nümayəndəliyinin İdarə Heyətinin üzvləri Xankərəm Vəliyev, Alı Alıyev, Ağsaqqallar Şurasının sədri Aftandil Nuriyev və təqaüddə  olan polis-polkovniki Ağakişi Allahverdiyev çıxış edərək yeni yaradılan birliyin bütün üzvlərini təbrik edib, uğurlar arzulayıblar.  Onlar Azərbaycan prezidenti İlham Əliyevin başladığı müqəddəs missiyanın uğurla həyata keçəcəyinə tam əmin olduqlarını bildirərək, atılan addımların təsirli və həlledici olmasında əsas hərəkətverici qüvvənin məhz gənclər olduğunu xüsusi v4urğulayıblar. Eyni zamanda özlərinin də bütün imkanlar ilə gənclərin yanında olub,  onlara dəstək verəcəklərini altını çiziblər.
Səmimi ortamda keçən yığıncağın sonunda Ramiz İsmayılov və digər iştirakçılar iclasın keçirilməsi üçün  “Yeni Həyat” şadlıq srayında yaratdığı imkana görə, nümayəndəliyin Ağsaqqalar Şurasının üzvü Sədrəddin İsmayılova təşəkkürlərini bildiriblər.










4-12-2023, 10:09 1 025

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106