Eldar Mahmudovun Sumqayıtda ələ keçirdiyi ASC ətrafında nə baş verir?


"Sumqayıt-Ağac Emalı" Açıq Səhmdar Cəmiyyəti (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi qalmaqalı davam edir.
Sumqayit.tv
xəbər verir ki, Qaynarinfo-nun apardığı araşdırmadan məlum olur ki, ASC-yə 47 576,65 vergi borcu yazılıb. 

Şirkət isə borcu ödəmir. Bu baxımdan idarə məhkəməyə müraciət edib. 

Birinci instansiya məhkəməsində nəticə əldə olunmayıb. 

Bu baxımdan, idarə apellyasiya şikayəti verib. 

Bu iş üzrə ləğv prosesində olan "AgBank" ASC və Mərkəzi Bank da ərizəçi qismində çıxış edir. 

"AgBank"ın bu məsələdə tərəf olması təsadüfi deyil. Araşdırmalarımız zamanı məlum olub ki, "Sumqayıt-Ağac Emalıl" ASC fəaliyyətinin ilk dövrlərində "AgBank"dan kredit götürüb. Lakin sonradan bankın sahibi keçmiş deputat Çingiz Əsədullayev şirkətin gerçək sahiblərindən alınmasında mühüm rol oynayıb. 

Həmin vaxt "Sumqayıt-Ağac Emalı" ASC-nin rəhbəri olan Haqverdi Məmmədovun xanımı Elmira Məmmədovanın mediada yayımlanan müraciətindən aydın olur ki, şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ələ keçirib. 

"Çingiz Əsədullayev həyat yoldaşımı yanına çağıraraq bildirdi ki, milli təhülkəsizlik naziri Eldar Mahmudov bizim sənədləri istəyir. Yoldaşıma demişdi ki, sənədləri verməyəcəyi təqdirdə tezliklə onu və oğlanlarımı həbs edəcəklər. Biz Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın olduğunu və bizim üçün onların real təhlükə olduğunu bilirdik. İkinci dəfə Çingiz Əsədullayev bizi yanına çağırıb bildirdi ki, zavodun səhmlərini təcili olaraq Burhan adlı adamın adına dövr edək. Əks təqdirdə sizi yaxşı aqibət gözləmir. Sonda Çingiz Əsədullayev bizə bildirdi ki, konkret "hə", ya "yox" deyin. "Hə" olacağı təqdirdə bunun əvəzində 500 min - 1 milyon manat halallıq da veriləcək ki, işlə bağlı başqalarından aldığımız şəxsi borcları qaytara bilək. Bu, hər şeyimiz əldən çıxarılması demək idi, lakin iki oğlumuzu qorumaq üçün razılaşdıq, notariusa gedildi, səhmlər dövr edildi və bundan sonra borclarımızla baş-başa qaldıq", - deyə Haqverdi Məmmədovun xanımı müraciətində qeyd edib. 

Bəzi məlumatlara görə, "AgBank"ın bu iş üzrə ərizəçi olması şirkətə verilmiş kreditlərlə bağlıdır. 

İndi şirkətin qanuni təmsilçisi Qeys Kərimovdur. Elmira Məmmədova onu Çingiz Əsədullayevin adamı kimi təqdim edir. 

Bu halda "AgBank"ın ASC-yə qarşı çıxması maraqlıdır. 

Görünür, artıq ASC bankirə və Eldar Mahmudova lazım deyil. 

7-01-2024, 14:43 239

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106