Putinin ən ciddi rəqibi sağdır və… – Navalnının dəfnindən sonra Rusiyada nə baş verəcək?

Rusiyada prezident seçkilərinə az qalmış həbsdə olan müxalifət liderlərindən Aleksey Navalnının ölümü bütün dünyada ciddi səs-küyə səbəb oldu. Qərb ölkələri ani ölümə görə Rusiyanı və birbaşa Prezident Vladimir Putini ittiham edir. Kreml isə bu ittihamların əsassız olduğunu, müxalifət liderinin ölümünün araşdırıldığını deyir.
Onun cəsədinin hələ ailəsinə təhvil verilməməsi də xüsusi diqqət çəkib. 2021-ci ildən həbsdə olan, saxlanılması bütün ölkədə xaosla qarşılanan müxalifət liderinin birbaşa Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə öldürüldüyü iddia edilir. Hakimiyyətə gəldiyi ilk gündən rəqiblərinə qarşı sərt mövqeyi ilə seçilən Putinin seçki öncəsi belə bir addım ata biləcəyi qeyd olunur.
Aleksey Navalnı Rusiya prezidentinin daha öncə fərqli şəkillərdə ölüdürülən rəqibləri, həmçinin Putinin qəzəbindən qaçmağı bacaran şəxs kimi yaddaşlarda qalan rusiyalı sahibkar Mixail Xodorkovski ilə müqayisə edilir. Xodorkovskinin Vladimir Putinlə ciddi rəqib olmasına rəğmən hələ də həyatda qalması yenidən gündəm olub. Hətta bir sıra xarici mənbələr Mixail Xodorkovskinin növbəti Rusiya prezidentliyinə hazırladığını bildirir.
Globalinfo.az bu mövzuda ötən ilin iyun ayında təhlil məqalə dərc edib. Həmin məqaləni buradan oxuya bilərsiniz.
Bəs, Navalnının ölümü Rusiya üçün nə vəd edir? Seçkilərə hər hansı təsiri ola bilərmi? Bu, Kreml hakimiyyətinin müxalifətə mesajı idi, yoxsa ölümün arxasında başqa məqamlar var?
Globalinfo.az -a danışan politoloq Elçin Abdullayev bildirib ki, hazırda Kreml hökuməti müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı məsuliyyəti üzərindən atmağa çalışır:
“Putin hökuməti yaxınlaşan seçkilərdə Navalnı tərəfdarlarını bir növ neytrallaşdırmaq istəyir. Kremlin müxalifət liderinin ölümünə aidiyyatının olmadığına dair açıqlaması Qərb üçün deyil, daxili auditoriyaya ünvanlanıb. Əgər Rusiya Qərbin sanksiyalarından qorxsaydı, Ukraynada Navalnının ölümündən qat-qat ağır cinayətlər törətməzdi. Çoxsaylı sanksiya və embarqolara rəğmən Rusiya ordusu hələ də Ukrayna ərazisindədir. Nəticədə, Kremlin müxalifət liderinin ölümünə görə məsuliyyət daşımadığına dair açıqlamasının Qərbin sanskiyaların yayınmaq üçün olduğunu düşünmürəm”.

Aleksey Navalnı
Politoloq sözügedən ölümün əslində Rusiya hakimiyyəti tərəfindən sifariş edildiyina dair iddiaların həqiqətə uyğun gəldiyini söyləyib:
“Hesab edirəm ki, Aleksey Navalnının ani ölümündə həqiqətən Rusiya hakimiyyətinin əli var. Bəlkə də Navalnı Rusiyada yeganə şəxs idi ki, Prezident Vladimir Putinlə mübarizənin episentrində dayanmışdı. Rusiya prezidentini hər kəs tanıyır və necə biri olduğunu bilir. Putin Sovet KQB-dən çıxıb. Xüsusi ilə Rusiyada hakimiyyətə gəldikdən sonra özünə rəqib gördüyü demək olar ki, hamını müxtəlif formalarda zərərsizləşdirib. Nəzərə almaq lazımdır ki, ölüdürülməsindən 3 gün ötsə də, Navalnının nəşini hələ ailəsinə təhvil verməyiblər. Bu da ölümün həqiqətən cinayət olması və Kremlin əli ilə törədilməsinə dair şübhələri artırır”.
E.Abdullayev yaxın zamanlarda Rusiyada hakimiyyət dəyişikliyinin gözlənildiyinə dair iddiaların reallığa uyğun gəlmədiyini deyib:
“Gələn ay Rusiyada keçiriləcək prezident seçkilərində sırf Navalnının ölümünə görə Putinin hakimiyyətdən uzaqlaşdırılacağını da düşünmürəm. Ümumiyyətlə Rusiya prezidentinin hazırkı situasiyada vəzifəsindən uzaqlaşdırılmasını mümkünsüz hesab edirəm. Birincisi, bu adam demək olar rəqibsizdir. İkincisi, bütün Rusiyanın inzibati resurları birbaşa Vladimir Putinə bağlıdır. Bu da növbəti seçkilərdə onun hakimiyyətdə qalacağına aydın işarədir.
Zamanında Aleksey Navalnının bir çağırışı ilə Rusiyada küçələrə axan yüz minlərlə insan, nədənsə, bu gün onun ölümünə səs çıxarmır. Görünür, bu məqam da səbəbsiz deyil. Müxalifət liderinin ölümündən sonra hazırda Rusiyada hökm sürən susqunluq, dənizdə qasırğa öncəsi sakitliyi xatırladır”.
Ayşən Mustafa
Globalinfo.az

20-02-2024, 16:14 266

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106