Cənubi Qafqazda amansız mərhələ başladı – Hərbi müdaxilə gözlənilir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu-2024 çərçivəsində təşkil olunan brifinqdə deyib ki, Rusiya Ermənistanla münasibətlərini yenidən gözdən keçirə bilər. Lavrov İrəvanın KTMT və regionda olan digər əməkdaşlıq formatlarına münasibət bildirməli olduğunu qeyd edib. Bir sıra erməni siyasətçiləri, deputatları, politoloqları Lavrovun bu çıxışını İrəvana açıq mesaj olaraq dəyərləndirirlər. Onun digər əməkdaşlıq formatı dedikdə Avrasiya İqtisadi İttifaqını nəzərdə tutduğu, Ermənistanın KTMT-dən çıxdığı halda, həmin platformadan kənarlaşdırlacağı iddia edilir.
Bəs belə bir şey mümkündürmü? Ümumilikdə Moskva İrəvana qarşı bundan sonra necə bir yol izləyəcək?
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, əslində Qərb Nikol Paşinyanın əli ilə Kremli hədəf alır:
“Son illər, xüsusilə də Nikol Paşinyanın iqtidara gəlməsindən sonra İrəvanla Moskva arasında zaman-zaman müəyyən narazılıqlar yaranmağa başladı. Əslində, Ermənistan və Rusiya arasında gərginlik bu iki dövlətin bir-biri ilə mübarizəsinin tərkib hissəsi deyil. Gərginliyin əsas oyunçuları Qərbdə oturublar. Onlar bu gün Rusiya ilə dünyanın bir çox nöqtələrində olduğu kimi, Qafqazda da geopolitik bir müharibə aparırlar. Regionda Kremlə qarşı həmlələr əsasən Nikol Paşinyanın əli ilə həyata keçirilir. Bu günə kimi iki ölkə arasında gərginləşən münasibətlər fonunda Moskvadan İrəvana açıq mesajlar verildiyini düşünmürəm. Əksinə, hesab edirəm ki, hazırda açıq mesajları məhz Ermənistan tərəfi verir və nəticədə münasibətlər bu gün ən aşağı səviyyədədir”.
E.Abdullayev Moskvanın İrəvandan verilən son bəyanatlara qarşı sakitliyini qorumasının bir səbəbi olduğunu deyib:
“Moskva hər vəchlə çalışır ki, İrəvanla münasibətləri gərginləşdirməsin. Sergey Lavrov Ermənistana mesajları sərt deyil, yumşaq tərzdə verir.

Sergey Lavrov
Nəzərə almaq lazımdır ki, Rusiya heç də Ermənistandan çəkinmir. Sadəcə olaraq bu gün Ukrayna bataqlığından çıxa bilməyən Rusiya, Qərbin ona qarşı növbəti bir cəbhə açmasına bəhanə vermək istəmir. Lakin görünən budur ki, artıq Ermənistanla Rusiya arasında gedən mübarizə amansız bir mərhələyə qədəm qoymaq üzrədir. Bu isə nə Moskvaya, nə İrəvana, nə də ümumilikdə bölgəyə xeyir gətirməyəcək”.
Politoloq bildirib ki, Rusiya Ermənistana qarşı addımlara başlayarsa ilk hədəfi iqtisadiyyat sahəsi olacaq:
“Buna baxmayaraq geopolitik mübarizənin oyunçuları hələ də Rusiyaya qarşı müəyyən yeni cəbhələr formalaşdırmaqda maraqlıdırlar. Cənubi Qafqazda da bu cəbhənin önündə Nikol Paşinyan iqtidarı gəlir. Ermənistanın KTMT-dən çıxmaq istədiyini bəyan etməsi, Rusiyanın yaratdığı blokların Ermənistana heç bir xeyir verməməsi kimi bəyanatlar sonda Rusiya siyasətçilərini hövsələdən çıxaracaq. Bununla da Moskvanın İrəvana qarşı sərt tədbirlər görməsi üçün əsas yaranacaq. Düşünürəm ki, ilk addım kimi Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq embarqolar olacaq. Hətta lazım gələrsə, Rusiya Ermənistana hərbi müdaxilə də həyata keçirə bilər. Necə ki, biz bu nümunəni hazırda Ukraynada görürük. Hər halda proseslərin gedişatının necə olacağını zaman göstərəcək”.
Ayşən Mustafa

6-03-2024, 13:06 163

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106