"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)

"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)

 
Sumqayıt Dövlət Dram Teatrında teatrın fəaliyyətə başlamasının 55 illik yubileyi, Sumqayıtın şəhər statusu almasının 75 illik yubileyi münasibətilə "Sevgilim Sumqayıt" tamaşası oynanılıb. Sumqayıt şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və digər tanınmış şəxslərin də izlədiyi məhəbbət əsəri həm də şəhərin tarixi və inkişafından bəhs edir. Tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı əsər əsasında baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada qeyd olunur ki, xəyanətə uğramış, sevgilisi tərəfindən atılmış qız yeni tikilən şəhərə gəlir və bu gənc şəhər kimsəsiz gənc qıza qucaq açır. Onun zəhmətinə dəyər verilir. Vətənə layiq oğul böyüdür. Tamaşanın sonu günümüzü təsvir edir. Şəhər rəhbərliyi özünə ən böyük sevgi Sumqayıtı bilən ananı layiqincə qiymətləndirir.

Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov "Sevgilim Sumqayıt" tamaşasını canlandıran aktyor və aktirisalara təşkkür edib, teatrın 55 illik yubileyi  münasibəti ilə kollektivi təbrik edib. Şəhər rəhbəri Ümummilli Lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.
Zakir Fərəcov Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. "Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən Zakir Fərəcov bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Daha sonra Sumqayıtın ictimai -siyasi həyatında fəal iştirakına görə, Təbrik Quliyev, Sovet Şükürov, Əvəz Mahmudov Heydər Əliyevin 100 illiyi medalı ilə təltif edilib. Bununla yanaşı Heydər Əliyevin 100 illiyi medalı YAP-nın Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib. 
Sonda Sumqayıt Dövlət Dram Teatrının kollektivinə gələcək işlərində uğurlar arzulanıb.
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 
"Sevgilim Sumqayıt" tamaşası böyük maraqla qarşılanıb (FOTOLAR)
 

15-03-2024, 11:30 327

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106