Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi


ABŞ və Qərb ölkələri Moskvadakı “Krokus Siti Holl”a edilən hücumun arxasında İŞİD-in olduğunu açıqlayıblar. Həmçinin İŞİD baş verən teraktı öz üzərinə götürüb.
Lakin Moskva terrorçuların radikal islamçı olduğunu, amma hücumun arxasında Kiyevin dayandığını iddia edir. Maraqlıdır ki, paralel olaraq Türkiyədə İŞİD-ə işləməkdə şübhəli bilinən 150 nəfər saxlanılıb. ABŞ, Fransa və digər bir sıra ölkələrdə terror təhlükəsinə qarşı tədbirlər yüksək səviyyəyə çatdırılıb.
Hətta iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı terror hücumlarının baş verəcəyinə dair iddialar səsləndirilir.
Xatırladaq ki, İŞİD ən çox terror aksiyalarını 2014-2017-ci illərdə törədib. Türkiyədə, Yaxın şərq ölkələrində, Belçikada, Fransada və s. ölkələrdə bu qruplaşma böyük miqyasda teraktlar törədib, yüzlərlə dinc insanın həyatına son qoyub.
Dünyada İŞİD təhlükəsi yenidən aktivləşirmi? Cənubi Qafqaza iki qonşu ölkə – Rusiya və Türkiyədə İŞİD təhlükəsinin mövcud olduğu halda, regionumuz üçün də hər hansı təhlükə gözlənilirmi?
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, İŞİD Qərbin düşmənləri ilə mübarizə aparmaq məqsədi ilə yaradılıb:
“İŞİD terror təşkilatının yaranma tarixinə və prosesinə nəzər saldıqda məlum olur ki, onun arxasında duran əsas güc strukturları məhz Qərbdə yerləşir. Həmin təşkilat dünyada Qərbin amansız mübarizə apardığı bir sıra nöqtələrdə onun maraqlarını qoruyur. Bu gün Suriyada, Afrikada, Əfqanıstanda və digər ərazilərdə İŞİD terror təşkilatı varsa, deməli, orada Qərbin istəkləri həyata keçirilir. Nəzərə alaq ki, hazırda Qərb dövlətləri, ABŞ əsas mübarizəni Rusiya ilə aparırlar. Məsələn, Suriyada, Afrikada bu gün rus əsgərləri var, Qərbin əsgərləri yoxdur. Lakin onları İŞİD əvəz edir. İŞİD Qərbin düşmənləri ilə mübarizə aparmaq üçün yaradılan təşkilatdır. Bu təşkilat rus əsgərlərinin də qarşısına çıxarılıb”.

Elçin Abdullayev
Politoloq qeyd edib ki, Moskva baş verən hücumdan sonra İŞİD-in olduğu ərazilərdə aqressiv mövqe sərgiləyərsə, tərəfdaşlıq münasibətlərinə zərbə vura bilər:
“Moskvadakı “Krokus Siti Holl”da baş verən terror hücumunu İŞİD-in öz üzərinə götürməsi də taktiki addımdır. Təşkilatın bu açıqlaması Rusiyanın ona qarşı sərt addımlar atmasına səbəb olacaq. Bu gün Rusiya Suriyada Bəşər Əsəd rejimini müdafiə edən tərəfdir. Moskvanın Suriyadakı hüquqi hakimiyyətlə çox isti münasibətləri var. Düşünürəm ki, Rusiya orada aqressiv addımlar atarsa, hər şeyə rəğmən Əsəd rejimi ilə əlaqələri korlana bilər. Həmçinin son zamanlar Rusiya Afrika ölkələri ilə də isti münasibətlər qurur. Lakin İŞİD təhlükəsini öz üzərinə çəkməsindən sonra burada da aqressiv yanaşma sərgiləyə bilər”.
E.Abdullayev terror hücumlarının Cənubi Qafqazda da baş vermə ehtimalını dəyərləndirib:
“Hesab edirəm ki, hazırda İŞİD-in Qafqazda hər hansı terror aktı həyata keçirməsi Qərbin maraqlarına uyğun gəlmir. Çünki regionda baş verəcək terror hücumu Moskvanın mövqeyinə zidd olsa da, onu elə də dərindən sarsmayacaq. İŞİD-in bundan sonra da həyata keçirəcəyi terror Rusiyanın böyük şəhərlərində, ola bilər”.
Ayşən Mustafa
Globalinfo.az

28-03-2024, 17:20 137

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106