Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin MKS rəisi həbs edilib



Bir neçə ay əvvəl vəzifədən azad edilən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı MKS-nin rəisi Anar Abbasov həbs edilib.
Sumqayit.tv
xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü A.Abbasov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə açılmış işin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. Belə ki, o, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. O, boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd
edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 00 və 186 000 manat pul alıb. Bu məqsədlə A.Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtlaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Sumqayıt şəhər Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.
Lakin bir müddət sonra A.Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinib. Ona 8 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan sabiq rəis məhkəmə zalındaca həbs edilib.

28-05-2024, 11:43 1 453

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106