Misir Mərdanov: "Prezidentin İcmaya gəlişi Qərbi Azərbaycanlılara nəfəs verdi"-Fotolar


Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı ilə Qərbi Azərbaycana həsr olunan  “Dönəcəyəm O Yurda!”  adlı ədəbi-bədii musiqili tədbir keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, Sumqayıt Dövlət Dram teatrında baş tutan tədbirdə Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra başçısının müavinləri Fərid Ələkbərov, Ülviyyə Müzəffərova,  millət vəkilləri Emin Hacıyev, Müşfiq Məmmədli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Tibb Universitetinin professoru  Vaqif Şadlınski, professor Nadir Qəhrəmanov, YAP Sumqayıt təşkilatının sədri Ramiz Hüseynov, QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov,QAİ Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasının sədri İlhamə Abdullayeva, QAİ Qadınlar Şurasının sədr müavini Əntiqə Rzayeva,  QAİ Mərkəzi aparatının məsul işçiləri, QAİ rayon və şəhər nümayəndəliklərinin rəhbərləri  və  Sumqayıtda yaşayan Qərbi azərbaycanlılar iştirak ediblər.  
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində quraşdırılmış rəsm sərgisi ilə tanış olublar. Azərbycan Respublikasının dövlət himni səsləndirilib, müstəqillik uğurunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasının sədri  İlhamə  Abdullayeva çıxış edib. Tədbir iştirakçılarına QAİ Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızının salamlarını çatdırıb. İ.Abdullayeva  Qərbi Azərbaycanla bağlı xatirələrini danışıb. İ.Abdullayeva tədbirin təşkilində yaradılan şəraitə görə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcova və komandasına təşəkkürünü bildirib.  
QAİ Müşahidə Şurasının sədri Misir Mərdanov İcmanın İdarə heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin salamalarını təbir iştirakçılarının diqqətinə çatdırıb. O nümayəndəliyin fəaliyyətinə verdiyi dəstəyə görə Sumqayıt şəhər rəhbərliyinə təşəkkür edib. Professor  vurğulayıb ki, cənab Ali Baş Komandan 2022-ci ildə öz doğum günündə İcmanın binasında bir qrup Qərbi azərbaycanlılarla söhbətini tarixi bir hadisə adlandırıb. Ötən bu müddətdə sanki, Qərbi azərbaycanlılara yeni bir nəfəs gəldi. 
“Prezidentin qarşımızda qoyduğu qayıdış konsepsiyası biz Qərbi azərbaycanlıları addım-addım ata-baba yudrumuza daha da yaxınlaşdırır. Bilirsiniz ki, cənab prezidentin məlum tarixi görüşündən sonra Qərbi azərbaycanlılarda sözün həqiqi mənasında fəallıq hiss olunmağa başladı. Hər kəs QAİ ətrafında birləşməyə can ataraq qayıdış konsepsiyasının iştirakçısı olmağa calışır. Həmrəyliyimiz, dövlətimizin və QAİ-nin atdığı addımlar artıq ermənilərin və onların havadarlarının ciddi təlaşına səbəb olub”, - deyə Misir Mərdanov bildirib.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin müavini Teymur Səmədov çıxış edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. T.Səmədov bildirib ki, cənab prezidentin Qərbi Azərbaycan İcmasına verdiyi dəstək həm də yerli İcra Hakimiyyəti orqanlarının qarşısında qoyulan tapşırıq idi. Ona görə də Sumqayıt şəhər İcra Hakimiyyəti olaraq QAİ Sumqayıt nümayəndəliyinin rahat fəaliyyət göstərməsi üçün bütün imkanlarımızla onların yanında olduq, bundan sonra da olacağıq. 
“Əminəm ki, cənab prezident İlham Əliyevin başlatdığı bu iş uğurla nəticələnəcək və Qərbi Azərbaycanlılar tezliklə öz doğma yurdlarına dönə biləcəklər”, - deyə T.Səmədov fikirlərini tamamlayıb. 
Tədbir bədii-musiqili proqramlarla davam etdirilib.














































4-06-2024, 18:44 1 449

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106