HHQ-nin Mərkəzi Komanda Məntəqəsi və Peyk Rabitəsi təkmilləşdirilir


Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub.

Sumqayit.tv xəbər verir ki, Müdafiə nazirinin müavini – HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin fəaliyyəti barədə Baş Qərargah rəisinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş MKM qarşıya qoyulan döyüş tapşırıqlarının HHQ tərəfindən operativ icrasını təmin edir.
Qeyd edilib ki, Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan HHQ-nin döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib.
Sonra Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Baş Qərargah rəisi azad olunmuş ərazilərimizdə yerləşən qoşunlarımızın dayanıqlı və təhlükəsiz rabitəsinin təmin edilməsi ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.



6-10-2021, 13:36 241

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106